Sabitlik məkanı
Tarix: 01.08.2017 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Dünya iqtisadiyyatını təhdid edən risklər getdikcə artmaqdadır. İnkişaf etmiş ölkələr durğunluğa sürüklənir, etibarsızlıq artır. Dünya iqtisadi böhranı dövlətlər üçün itkilərlə müşahidə olunmaqdadır. Dünyada iqtisadi böhran, bəzi hallarda hərbi və siyasi böhran yaşanır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf ölkəsidir.
Ölkədə əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilir və nəticədə mühüm uğurlar əldə olunub. Sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunub və icra edilib. İşsizlik və yoxsulluq dəfələrlə aşağı düşüb. Ölkədə minlərlə yeni müəssisə yaradılıb, 1.5 milyondan artıq yeni iş yeri açılıb.

Avro bölgəsində illik inflyasiya yüksəlir


Avropa Statistika Ofisinin (Eurostat) məlumatına görə, 19 üzvü olan avro bölgəsində illik inflyasiya artımı iyulda 1,3 faiz səviyyəsində qiymətləndirilib. Beləliklə, illik inflyasiya iyulda keçən ay olduğu səviyyədə reallaşıb. İllik inflyasiya isə 1,2 faizlə gözlənilənlərdən yüksək olub. Bölgədə, iyul ayında inflyasiya proqnozlardan bir qədər yüksək - 1,2 faiz artıb. Avro bölgəsində iyul ayındakı inflyasiyanın əsas istiqamətlərinə baxdıqda, illik inflyasiya ən yüksək 2,2 faiz ilə enerjidə reallaşıb. Enerjini 1,5 faiz ilə xidmətlər, 1,4 faizlə qida, spirtli içkilər və tütün məhsulları və 0,5 faiz artımla sənaye məhsulları izləyir.

İtaliyada gəlir səviyyəsi 22 il əvvələ düşüb

İqtisadi böhranın təsiri ilə İtaliyada orta gəlir səviyyəsinin 22 il əvvəldən aşağı düşdüyü açıqlanıb. Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən hazırlanan hesabata görə, əmək qabiliyyətli italyanların maaş və zənginlik səviyyəsi 1995-ci ildəki səviyyədən aşağı enib. Hesabata görə, təxminən 10 ildir təsirləri davam edən qlobal iqtisadi böhran dövründə İtaliyada adambaşına düşən real mövcud gəlir səviyyəsi, avro pul vahidinə keçiddən əvvəlki səviyyələrə geriləyib.
Kasıblıq riski altındakı italyanların nisbəti ölkə daxilində 29 faizə, daha çətin vəziyyətdəki cənub bölgələrdə isə 44 faizə çatıb. BVF, dövlət borcunun ümumi daxili məhsulun 133 faiz səviyyəsində sabitlik əlaməti göstərdiyini bildirib. Böhranın əsas yükünün isə gənc nəsillərin üzərinə düşdüyü vurğulanıb. İtaliyada, iqtisadi böhranın baş verməsinin ardından son 3 ildə “mülayim bir yığcamlıq” müşahidə edilsə də, böhrandan əvvəlki gəlir səviyyəsinə çatmanın ancaq 10 il sonra mümkün olacağı qeyd edilir. İqtisadiyyatda dirçəlişin davam edəcəyi gözlənilərkən, inkişafın qarşısını ala biləcək risklər arasında “siyasi qeyri-müəyyənliklər, islahat prosesində ola biləcək maneələr, maliyyə kövrəkliyi” də nəzərdə tutulur. ABŞ-ın siyasətindəki qeyri-müəyyənliklər və İngiltərənin AB-dən çıxması prosesinin də İtaliya üçün riski artıra biləcəyi vurğulanıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info