Şəhid uşaqlara abidə qoyulsun
Tarix: 31.07.2017 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Tanınmış professor Zəhranın qırxı ilə bağlı Prezidentə müraciət etdi

Bu bir tarixi həqiqətdir ki, bir xalq keçmiş tarixini unudarsa, gələcəyini də unudacaqdır! Bu real həqiqətə işarə olaraq, 24 aprel 1992-ci il tarixdə keçmiş Ali Sovetinin binası qarşısında Heydər Əliyevin "yaş senzi" ilə əlaqədar keçirdiyimiz tarixi mitinqdə Azərbaycanı parçalamağa, onu Qafqazın siyasi xəritəsindən silməyə çalışan güclü düşmənin qanlı siyasətini xalqımıza çatdırarkən bəyan etdim ki, qarşıdan bəlalı XXI əsr gəlir, hansı xalq XXI əsrə yuxulu girsə, ölü çıxacaqdır.

Heydər Əliyev böyük uzaqgörənliklə müdrikcəsinə deyirdi: "Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir."

Bəs, bədxahlarımız bizə unutdurmadılarmı? 1918-1920-ci illərdə Böyük Britaniya dövlətinin hamiliyi ilə Birinci Dünya müharibəsi illərində təcrübə qazanmış erməni hərbi hissələri Ön Qafqaza daxil olaraq, bir istiqamətdə erməni millətindən olan general Yaponun komandanlığı altında "Göyçə gölü"nün cənubunda Qızıl Xaraba, At Daşı kəndlərindən başlayaraq, Ağ kənd, Həsən kənd, Dərələyəz, Qabaqlı, Gülüdüz, Kotanlı, Çivə, Arpa, Əmoğlu və bu cöğrafiyada olan başqa Azərbaycan kəndlərini xarabalıqlara çevirmişlər, insanları atəşə vermişlər, millətin kökünü kəsmək məqsədilə işkəncələrə məruz qalan ata-ananın gözləri qarşısında uşaqları sıldırım qayalara pərçimləmişlər, onların gözlərini şıxarıb, baş dərisini soymuşlar, hətta hamilə qadınların qarınlarını yarıb, körpələri nizələrə keçirmişlər, sonra tikə-tikə döğramışlar, digər istiqamətdən atalarımızın "Qaraxanov" soyu ilə tanıdıqlari erməninin komandanlığı altında Zəngibasar və Vedibasar elindən başlayaraq, onlarca kəndlərimizi yerlə yeksan edən, əhalini kütləvi qılıncdan keçirən, körpələri beşikdə oda verən vəhşiləşmiş erməni silahlıları Şərura döğru istiqamət alır. Şərur əhalisi ingilis topları ilə kəndləri atəşə tutan ermənilərin hücumunun qarşısını ala bilmir. Ona görə də kəndləri boşaldan insanlar can qurtarmaq üçün Arazın allah-allah deyən daşqın sularına özlərini atanda kim bilir, nə qədər taqətsiz qöcalarımız, uşaqlarımız, qucağında körpə bələyi tutmuş analarımız, gəlinlərimz məhv olmuşdur.

Ermənilər Naxçıvan ətrafı kəndlərdə, Culfada, Zəngəzurda, Qarabağda, Bakıda, Şamaxıda, Qubada, Gəncədə və s. rayonlarımızda apardıqları eyni müdhiş qırğınlarda minlərlə körpələrimizin həyatına son qoymuşlar.

Sovetlər Birliyinin 70 illik dövründə erməni havadarlarının siyastlə "dostluq və qardaşlıq" pərdəsi altında məkrli ermənilərin vətənimizin sinəsinə yazdıqları qanlı tarixi Azərbaycan xalqına unutdurdular. Bu unutqanlıq xalqımızın başına yenidən qanlı fəlakətlər gətirdi. Gözləmədiyimiz halda "Asala" beynəlxalq erməni terror cəmiyyətinin Koçaryan, Serj Sarkisyan, Zori Balayan və bu sıradan olan başqa qatilləri ilə bir cəbhədə dayanan M.S.Qorbaçovun hamiliyi altında sovet- ermənin hərbi birləşmələri Qarabağda şeytanı belə heyrətə gətirəcək misli görünməmiş müdhiş kütləvi qırğınlar törətdilər. Siyasi simasını itirmiş Qorbaçov təkcə Qarabağda tökülən qanların günahkarı deyil, bu gün müsəlman ölkələrində müxtəlif adlar altında xristian dövlətlərin apardıqları kütləvi qırğınlara yol açmış əli qanlı canidir.

Babalarının yırtıcı təbiətini özündə yaşadan "Asala" erməni terror cəmiyyətinin ideoloji silahı olan yazıçı Zori Balayan Qarabağda günahsız körpələrimizin işgəncə ilə ölümünün bilavasitə iştirakçısı olaraq, əli qanlı cani şahidliyindən fəxrlə danışır. O, 26 fevral 1992-ci ildə Qarabağda rus silahı ilə yazdıqları Xocalının qanlı tarixindən vərəqlədiyi bir səhifədən: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə (Zori, öz baba nəslinizin adını başqa xalqa calamaqla etnik tarixinizin üstünü örtə bilməzsiniz. Polşalı erməni yepiskopu -sizlərin mənəvi atanız Simeon Lehatsi (XVI əsr) yazırdı ki, yunanlar bizə "İŞKİL" (bizim dildə "SƏLLİM İTLƏR") deyib, tüpürüb bayıra atdılar. Şübhəm yoxdur ki, siz "İŞKİL" cinsindən olduğunuzdan, lənətləmiş bu qara damğanı gəzdirdiyinizdən xəbərsiz də deyilsiniz. Bizim "suya düşən itlə yağışa düşən erməni arasında fərq yoxdur" - deyən, müdrik Ata sözümüzdən də yəqin ki, xəbərdarsınız) atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Livanda yaşayan yazıçı-jurnalist David Xerdiyan da erməi vəhşilərin törətdikləri Xocalı cəhənnəmindən fəxrlə danışır: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən polkovnik-leytnant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim".

"Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".

Burada erməni vəhşiliyinin izaha ehtiyacı yoxdur. Bir xalqın ki, Zori Balayan, David Xerdiyan kimi günahsız körpələrin meytləri üzərindən "erməni qüruru" ilə addımlayan, onların meytlərindən cəhənnəm tonqalları qalayan ziyalıları var, o xalq bədbəxt xalqdır, tarixin sakit ölümünə öz əlləri ilə məhkum edilmiş xalqdır!

Spitakda baş verən dağıdıcı zəlzələ ərəfəsi günlərində qansız, qəddar ermənilərin ətrafda olan Azərbaycan əhalisinin yaşadıqları bir kəndin körpələrinə, azyaşlı uşaqlarına tutduqları divan Xocalıda cəhhənnəm oduna atılmış həmyaşıdlarının taleyi qədər faciəli olmuşdur. Uşaq qatilləri olan ermənilər yüzə yaxın balalarımızı 25-30 metrəlik böyük diametrli borunun içərisinə doldurub, hər iki tərəfdən ağzını qaynaqlayaraq borunun hər tərəfinə benzin qarışdırılmış mazut töküb od vuraraq xüsusi qəddarlıqla qətlə yetirmişdirlər.
19 yanvar 1990-cı ildə Şərur rayonunu o vaxtkı inzibati ərazisi sayılan Sədərək kəndinin sakinləri olan iki qardaş, 1986-cı il təvəllüdlü 4 yaşlı Malik və 1984-cü il təvəllüdlü 6 yaşlı Elvini də uşaq qatili olan ermənilər top atəşiilə qətlə yetirdilər.
Erməni qatillərin kəndlərimizdən keçən çaylara axıtdıqları uşaq oyuncaqlarına yerləşdirdikləri partlayıcıları axıtmaqla Tovuz rayonu sakini 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızını, Ağdam rayon sakini 9 yaşlı Farizi snayperlə qətlə yetirməkdən, həyətdə oynayan uşaqlarımızı güllə ilə dəlik-deşik etməkdən ürəkləri soyumadı. Körpə balalarımızın qanı hələ qurumadan uşaq qatili olan ermənilər bu il iyulun 4 də yenicə dil açan, "ata-ana" deyən 18 aylıq məsum körpə Zəhra balamıza bomba atdılar, onu ana məhəbbətindən məhrum etdilər.

Əgər erməni qatillərin böyük gələcəyimiz olan körpələrimizin və azyaşlı balalarımızın taleyinə zaman-zaman yazdıqları bu qanlı tarixi unutsaq, gələcək nəsillərimiz bizi bağışlamayacaq!

Erməni qatillərinin uşaqlarımıza qarşı zaman zaman törətdikləri qətliamları, eyni zamanda milli tariximizi yeni nəslin qəlbində əbədi yaşatmaq üçün qətl edilmiş uşaqlarımızın xatirəsinə bir memorial kompleks yaradılmasını bir ziyalı kimin təklif edirəm. Xatırladım ki, Çexiyanın mərkəzi Praqadan təqribən 20 kilometr aralıda yerləşmiş, qanayan yaramız 63 uşağı xüsusi qəddarlıqla qətlə yetirilən Xocalı ilə qardaşlaşan Ledice qəsəbəsində alman faşistlərin məhv etdikləri uşaqların xatirəsini əbədiləşdirən möhtəşəm abidənin bənzərini biz də yaratmalıyıq!

Bu, vətəndaşlıq borcumuz körpələrimizin şirin-şəkər dillə "Heydər baba" dedikləri ümummilli liderimizin ruhunu daha da şad edər !!!

Müstəqil Azərbaycan uğrunda mübarizəmizin o ölümlü və fəlakətli günlərində Heydər Əliyevin ən yaxın silahdaşlarından və siyası sirdaşlarından olmuş sadiq "91-lər"dən professor Əjdər İsmayılov (Tağıoğlu)




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info