Arizona ştatı Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır
Tarix: 01.08.2017 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Arizona ştatı bir sıra istiqamətlərdə, o cümlədən iqtisadi sahədə Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. Bu barədə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovla görüşdə ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnard deyib.
SOCAR-dan bildiriblər ki, Xalik Məmmədov 2013-cü ildən SOCAR və Arizona ştatının biznes qurumları arasında sıx əlaqələrin qurulduğunu qeyd edib. O, Azərbaycanda həyata keçirilən irihəcmli enerji layihələri çərçivəsində qazanılmış uğurlar, ölkəmizin, bütövlükdə regionun sosial-iqtisadi inkişafında bu layihələrin rolu haqqında qonağa ətraflı məlumat verib. Azərbaycanın qədim neft diyarı olduğunu nəzərə çatdıran SOCAR-ın vitse-prezidenti 1846-cı ildə dünyada sənaye üsulu ilə ilk neft quyusunun qazılması və 1949-cu ildə açıq dənizdə neft hasilatına başlanılmasının, dünya neft sənayesi tarixində mühüm yer tutan digər proseslərin Bakı neftçiləri tərəfindən həyata keçirildiyini söyləyərək, qeyd edib ki, neftin boru kəməri ilə nəqlinin təməli də məhz Bakıda qoyulub. Azərbaycanın hələ qədim dövrlərdən Avropanın neft təchizatında əhəmiyyətli rol oynadığı, həmin ənənənin bu gün də uğurla davam etdirildiyi vurğulanıb. ABŞ-ın Azərbaycanda həyata keçirilən enerji layihələrinə göstərdiyi dəstək və Amerika şirkətlərinin bu layihələrdə iştirak etməsi görüşdə diqqət mərkəzində olub, Azəri-Çıraq-Günəşli layihəsində “ExxonMobil” şirkətinin iştirak etdiyi bildirilib. 2016-cı ildə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “ExxonMobil” şirkətinin eks-prezidenti, hazırda ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşündə Xəzərin Azərbaycan sektorunda həyata keçirilən layihələr haqqında fikir mübadiləsi aparıldığı bildirilib. Qeyd olunub ki, Amerika enerji layihələrinin inkişafına dəstəyini bu gün də əsirgəmir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizi layihəsinə böyük önəm verir. SOCAR-ın İBM və digər nüfuzlu Amerika şirkətləri ilə əməkdaşlıq əlaqələri diqqətə çatdırılıb.
Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnard 2013-cü ildə ştatın qanunverici orqanında Xocalı soyqırımı, ötən il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin müzakirə və qəbul olunmasında iştirak etdiyini nəzərə çatdırıb. Bakıya səfərdən məmnun olduğunu deyən qonaq Azərbaycanda hasil edilən enerji daşıyıcılarının Avropaya nəqlinin önəmli məsələ kimi gündəmdə olduğunu vurğulayıb və bildirib ki, Bakıda keçirdiyi görüşlərdə Arizona ilə münasibətlərə böyük əhəmiyyət verildiyinə şahid olub. Cavan Mesnard Arizona ştatının bir sıra istiqamətlərdə, o cümlədən iqtisadi sahədə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb, ölkəsinə döndükdən sonra Azərbaycanda gördüyü inkişaf barədə Nümayəndələr Palatası üzvlərinə məlumat verəcəyini bildirib. Qonaq Arizona və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə, SOCAR-ın bu əlaqələrin dərinləşməsinə daha böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info