BANM-in 14 tələbəsi BP şirkətində təcrübə keçir
Tarix: 01.08.2017 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi, kimya mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə IV kursda təhsil alan 14 tələbəsi BP şirkətində ödənişli əsaslarla on həftə ərzində yay istehsalat təcrübəsi keçir. BANM-dən bildiriblər ki, istehsalat təcrübəsi zamanı tələbələr komanda işi ilə tanış olaraq ən son avadanlıq və texnologiyalardan istifadə etməklə şirkətin təcrübəli mütəxəssisləri ilə birlikdə müxtəlif layihələr və əməliyyatlar həyata keçirirlər. Tələbələr əldə etdikləri nəzəri bilikləri BP şirkətinin istehsalat emalatxanalarında dərinləşdirirlər. BP-nin mütəxəssisləri tərəfindən onlara istehsalatda tətbiq olunan yeniliklər, cihazlar və avtomatik idarəetmə sistemləri haqqında biliklər verilir. Tələbələr, həmçinin quyuların qazılması və tamamlanması, qazma məhlulları texnologiyası, avadanlığın quraşdırması ilə bağlı xüsusi layihələrdə işləyəcəklər. Təcrübə zamanı tələbələr yataqların işlənmə texnologiyası və neft-qaz hasilatı texnologiyası ilə tanış olaraq neft-qaz yataqlarının kəşfiyyatına və işlənilməsinə cəlb ediləcəklər.
BP şirkətində istehsalat təcrübəsi keçən tələbələr tədrisdə əldə etdikləri bilikləri təcrübədə tətbiq etməklə texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar.
İstehsalat təcrübəsinin sonunda tələbələr təcrübə haqqında təqdimatlar hazırlayacaq və təqdimatlar qrup rəhbərləri tərəfindən qiymətləndiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info