Binəqədi gənclərinin muzeylərə ekskursiyası təşkil edilib
Tarix: 01.08.2017 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və M.Ə.Rəsulzadə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə əməkdaşların, Yeni Azərbaycan Partiyasının fəal gənclərinin və M.Ə.Rəsulzadə bələdiyyəsi gənclərinin iştirakı ilə Azərbaycan Milli Tarix Muzeyinə və Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyinə ekskursiya təşkil edildi. Ekskursiyada muzeyin bələdçisi ətraflı məlumat verərək bildirdi ki, bina 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə Azərbaycan Milli Tarix Muzeyi, ikinci mərtəbədə isə Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi yerləşir. Öncə Milli Azərbaycan Tarixi Muzeyini gəzən ekskursiya iştirakçılarına məlumat verildi ki, bura Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir. Tarix Muzeyi 1920-ci ilin iyulundan məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi sarayda yerləşdirilib və ilk tamaşaçılarını 1921-ci ilin mayında qəbul edib. Xocalıda, Naxçıvanda, Qəbələdə, Gəncədə, Xaraba Gilanda, Örənqalada, Mingəçevirdə və b. yerlərdə aparılan qazıntı işləri Azərbaycan ərazisinin qədim maddi-mədəniyyət abidələrinin elmi baxımdan öyrənilməsinin əsasını qoydu. Məhz bu ekspedisiyalar, eləcə də muzeyin təşkil etdiyi etnoqrafik ekspedisiyalar zamanı əldə olunan və bu gün muzeyin fondlarında qorunan material ekspozisiyanı, o cümlədən muzey kolleksiyasını zənginləşdirdi, neçə-neçə kitab və dissertasiya üçün mənbə rolunu oynadı. Daha sonra Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi ilə yaxından tanış olan gənclərə bildirildi ki, Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən H.Z.A.Tağıyevin xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H.Z.A.Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə biliblər. Muzey ümumilikdə 9 otaqdan ibarətdir və xatirə muzeyinin ekspozisiyası H.Z.A.Tağıyevin iş kabinetindən başlayır. Qeyd edildi ki, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan H.Z.Tağıyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı tədqiqat və axtarışlar davam edir. Ekskursiya iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info