İmişlidə 18 min 250 hektar sahədə pambıq əkilib
Tarix: 01.08.2017 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Bu ilin altı ayında İmişlinin sosial-iqtisadi inkişafında uğurlu nəticələr əldə olunub. İqtisаdiyyаtın əsаs sаhələri üzrə 267.649.500 mаnаtlıq məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çoxdur. İqtisadiyyatın əsas sahələrinin inkişafına 32.969.800 manat investisiya qoyulub.
Bu barədə rayondakı Heydər Əliyev Mərkəzində cari ilin altı ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev məlumat verib.
Qeyd olunub ki, hesabat dövründə rayonda bir sıra tikinti-abadlıq, quruculuq işləri görülüb. Şəhərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 6 mərtəbəli 54 mənzilli yaşayış binasının, rayon məhkəməsinin tikintisi başa çatıb, “Azərişıq” ASC-nin İmişli rayon elektrik şəbəkəsinin və “ASAN xidmət” Mərkəzinin inzibati binalarının inşası davam etdirilib. 41 min nəfər əhalisi olan 9 yaşayış məntəqəsini birləşdirən 23 kilometrlik İmişli-Otuziki-Xoşçobanlı-Murğuzalılı-Mürsəlli-Qaraqaşlı-Muradalılı-Nurulu-Ölcələr və Yuxarı Qaralar kəndlərarası avtomobil yolunda əsaslı təmir işlərinə başlanılıb.
Bildirilib ki, ötən müddətdə rayonda aqrar sahədə də təqdirəlayiq işlər görülüb. Mal-qara və qoyun-keçinin baş sayı 344 min 79 başa çatıb. Məlumat verilib ki, bu il rayonda 18 min 250 hektar sahədə pambıq əkilib, hazırda becərmə işləri davam etdirilir. Ötən dövrdə 57 min 771 ton taxıl istehsal olunub.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində görülən işlərdən, əhalinin elektrik enerjisi və içməli su ilə təminatı istiqamətində həyata keçirilən tədbirlərdən də danışılıb.
Çıxışlarda rayon iqtisadiyyatının daha da inkişaf etdirilməsi və digər sahələrdə nailiyyətlər qazanılması üçün bundan sonra da bütün qüvvələrin səfərbər edilməsinin vacibliyi vurğulanıb. Sonda müzakirə olan məsələ ilə bağlı qərar qəbul edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Atatürk parkında təmir-yenidənqurma işləri aparılır
12.12.2018
Qaradağ rayonunda Ulu Öndəri anma mərasimi keçirilib
12.12.2018
143 qurumuş ağac 2000-dən çox müxtəlif cinsli tinglə əvəzlənib
12.12.2018
Daha 26 rayon üzrə 2189 arıçıya subsidiya verilməsi barədə qərar qəbul olunub
11.12.2018
Suraxanı rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
5 “Ermənistan iqtisadiyyatı böhrandan çıxa bilmir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info