Şamaxının Quşçu kəndində yeni artezian quyusu qazılıb
Tarix: 01.08.2017 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Şamaxı rayonunun Quşçu kəndində “Quşçu kəndinin su təchizatı sisteminin tikintisi” layihəsinin açılışı olub.
İyulun 31-də təşkil olunan mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev son illər rayonda həyata keçirilən sosial layihələrdən danışıb. Bildirib ki, bu il su çətinliyi olan Çarhan, Göylər kəndində də artezian quyularının istifadəyə verilməsi nəzərdə tutulub.
Milli Məclisin deputatı Elxan Süleymanov çıxışında Yaponiya hökumətinin bölgələrdə, o cümlədən Şamaxıda həyata keçirdiyi qrant layihələrindən danışıb.
Açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori çıxış edərək, respublikamızın bir sıra ərazilərində içməli su resurslarının az olduğunu söyləyib, bölgələrdə bu istiqamətdə layihələrə diqqətlə yanaşdıqlarını bildirib. Vurğulayıb ki, Şamaxıda su təchizatı ilə bağlı 2009-cu ildə Məlikçobanlı kəndində də layihə həyata keçirilib. Ümumiyyətlə, məktəb tikintisi və təmiri ilə birlikdə rayonda 4 layihə reallaşıb.
Qeyd olunub ki, “Quşçu kəndinin su təchizatı sisteminin tikintisi” layihəsi üzrə qrant müqaviləsi Yaponiyanın Azərbaycandakı səfirliyi ilə “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi” Qeyri-Hökumət Təşkilatı arasında imzalanıb. Layihə çərçivəsində 150 metr dərinlikdə artezian quyusu qazılmaqla, 1,8 kilometr su borusu, 2 su çəni və 3 su bulağından ibarət yeni su təchizatı sistemi tikilib ki, bu da yerli sakinlərin su ehtiyacının ödənilməsinə imkan yaradıb. Bu layihədən 2200 nəfər sakinin faydalanacağı gözlənilir. Layihənin ümumi məbləği 82 min 930 ABŞ dolları təşkil edir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info