Acarıstanlı uşaqlar Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunurlar
Tarix: 01.08.2017 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında səhiyyə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıstanlı aztəminatlı ailələrdən olan 19 uşaq və onları müşayiət edən 9 valideyn Duzdağ Fizioterapiya Mərkəzində müalicə kursu keçmək üçün Naxçıvana gəliblər.
AZƏRTAC xəbər verir ki, “Duzdağ” otelində acarıstanlı uşaqlar və valideynlərlə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından qonaqları salamlayaraq deyib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasındakı ikitərəfli əlaqələr uğurla inkişaf edir. 2012-ci ildən başlayaraq həyata keçirilən qarşılıqlı rəsmi səfərlər əlaqələri yeni inkişaf mərhələsinə yüksəldib, müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlığın əsası qoyulub. Hər il Acarıstan Muxtar Respublikasının aztəminatlı ailələrindən olan və tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən uşaqların Duzdağ Fizioterapiya Mərkəzində pulsuz müalicəsinin təşkili də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Bu il də bu kateqoriyadan olan uşaqların Duzdağ Fizioterapiya Mərkəzində müalicəsi üçün hər cür şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva və həkim Nazim İbrahimli çıxış edərək, qonaqlara Duzdağ Fizioterapiya Mərkəzi haqqında məlumat veriblər. Qeyd olunub ki, son illər əsaslı şəkildə yenidən qurulan mərkəzdəki duz şaxtalarında bronxial-astma və ağ ciyər-bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkənlər müalicə olunurlar. Müalicə üçün mərkəzdə hərtərəfli şərait var.
Qrup rəhbəri Marika Xalvaşi acarıstanlı uşaqların müalicəsi üçün yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə valideynlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra Acarıstan Muxtar Respublikasından gəlmiş qonaqlara hədiyyə verilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info