Azərbaycan Türkiyəyə 10 mln. dollarlıq elektrik enerjisi satıb
Tarix: 01.08.2017 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Cari ilin ilk yarısında Türkiyə 43 mln. 471,096 min dollarlıq elektrik enerjisi idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 51% azdır.

Bu ilin yanvar ayında Türkiyə Yunanıstan, Bolqarıstan və Azərbaycandan 406,466 mln. kVt/saat elektrik enerjisi alıb. Cari ilin 6 ayında Türkiyəyə ən çox elektrik enerjisi satan ölkə isə Bolqarıstandır. Ötən ilin ilk yarısında Türkiyə Yunanıstan, Bolqarıstan, Azərbaycan və Gürcüstandan ümumilikdə 1 mlrd. 883,742 mln. kVt/saat elektrik enerjisi idxal edib.

Elektrik enerjisinin ən irihəcmli idxalı yanvar ayının payına düşür. İlin ilk ayında Yunanıstan, Bolqarıstan və Azərbaycandan Türkiyəyə 406,466 mln. kVt/saat elektrik enerjisi ötürülüb ki, buna görə qardaş ölkə 25,88 mln. dollar ödəyib.

İlk yarımillikdə Türkiyə Bolqarıstandan idxal etdiyi 456,446 mln. kVt/saat elektrik enerjisinə görə 22 mln. 48,172 min dollar xərcləyib. Azərbaycan isə hesabat dövründə Türkiyəyə 10 mln. 153,581 min dollarlıq 138,905 mln. kVt/saat elektrik enerjisi satıb. Yeri gəlmişkən, ötən ilin ilk yarısı ilə müqayisədə Azərbaycandan Türkiyəyə elektrik enerjisi idxalı 66,525 mln. kVt/saat artıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info