Nəsimi rayon “Gənc İlhamçılar” düşərgəsinın iştirakçılarının Şəki şəhərində maraqlı istirahətləri
Tarix: 01.08.2017 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Nəsimi Rayon İcra Hakimiyyətinin Şəki şəhər İcra Hakimiyyəti ilə birgə Şəki şəhərində həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı ailələrinin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 100 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” yay düşərgəsində məktəblilərin istirahətinin yaddaqalan olması üçün silsilə tədbirlər keçirilmişdir.
Düşərgədə məktəblilərin istirahəti üçün maraqlı tədbirlər, idman yarışları, görməli mədəni tarixi yerlərə ekskursiyalar, gəzintilər təşkil edilmişdir. Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Şəki şəhərində Heydər Əliyev Mərkəzinin qonağı olmuşlar. Daha sonra Şəki Xan sarayına, R.Əfəndiyev adına Tarix-diyarşünaslıq muzeyinə, Xalq Tətbiqi Sənəti Muzeyinə, Karvansaraya, Şəhidlər Xiyabanına, 1941-1945 abidəsinə, Kiş kəndindəki qədim Alban məbədinə və Marxal istirahət mərkəzinə maraqlı ekskursiyalar təşkil edilmişdir. Düşərgə iştirakçıları həmçinin Şəki ponaramasından şəhəri də maraqla seyr etmişlər. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva aparılan ekskursiyalar və gəzintilərin, keçirilən intellektual yarışların düşərgə uşaqlarının dünyagörüşünün, Azərbaycan tarixi və mədəniyyəti haqqında biliklərinin artmasına xidmət etdiyini bildirmişdir.
“Gənc İlhamçılar” düşərgəsində həmçinin Şəki şəhər Gənclər və İdman İdarəsi tərəfindən uşaqlar arasında futbol, voleybol, tennis, qol güləşi, bilyard və digər idman yarışları keçirilmiş, qaliblər müəyyən edilmişdir. “Gənc İlhamçılar” həmçinin intellektual yarışlarda da öz biliklərini sınamışlar. Keçirilən bilik və idman yarışları düşərgədə uşaqların istirahətini daha maraqlı və yaddaqalan etmişdir.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info