TQDK sədri Gəncə və Qazax şəhərlərində vətəndaşları qəbul edəcək
Tarix: 01.05.2013 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı həm elektron, həm də yazılı formada aparılacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Gəncə və Qazax şəhərlərində vətəndaşları qəbul edəcək. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, Gəncə şəhərində keçiriləcək qəbulda Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Şəmkir, Daşkəsən, Gədəbəy rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər, Qazaxda keçiriləcək qəbulda isə Qazax, Ağstafa və Tovuz rayon sakinləri iştirak edə bilərlər. Gəncə şəhərində qəbul mayın 15-də TQDK-nın Gəncə regional bölməsində, Qazax şəhərində qəbul isə mayın 16-da Qazax Şahmat Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı həm elektron, həm də yazılı formada aparılacaq. Bunun üçün komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Gəncə regional bölməsinə müraciət etmələri (əlaqə tel: (022) 256-50-67) xahiş olunur. Bundan əlavə, TQDK Gəncə regional bölməsinin əməkdaşları aşağıda qeyd olunan tarixlərdə saat 10:00-dan 17:00-dək Şəmkir, Gədəbəy, Göygöl, Naftalan, Goranboy, Daşkəsən, Samux, Qazax, Ağstafa, Tovuz rayon təhsil şöbələrində vətəndaşları qəbula qeydiyyata alacaqlar. Qeydiyyat mayın 2-də Şəmkir və Gədəbəy, mayın 3-də Göygöl və Naftalan, mayın 6-da Goranboy, mayın 7-də Daşkəsən, mayın 8-də Samux, mayın 13-də Qazax və Ağstafa, mayın 14-də isə Tovuzda aparılacaq.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info