ABŞ Nikolas Maduroya qarşı sanksiya tətbiq edib
Tarix: 01.08.2017 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatlar hökumətinin Venesuela Prezidenti Nikolas Maduroya qarşı sanksiya tətbiq etdiyini bildirib. “RİA Novosti” xəbər verir ki, sanksiyalara əsasən N.Maduronun ABŞ yurisdiksiyasına aid aktivləri dondurulub. Eyni zamanda, ABŞ vətəndaşlarına Maduro ilə işgüzar əlaqə qurmaq yasaqlanıb. ABŞ Venesuelanın neft sektoruna qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır. Bu barədə “Reuters” agentliyinə məlumatlı mənbə bildirib. “Venesuelanın neft sektoruna qarşı sanksiyalar tətbiq edilməyəcək. Lakin bu kimi tədbirlər, əvvəlki kimi, nəzərdən keçirilir”, deyə mənbə qeyd edib. Qeyd edək ki, Venesuelada davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 121 nəfərə çatıb, 2 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Bunu ölkənin Baş prokuroru Luisa Orteqa Dias bəyan edib. “Son günlər ərzində ölkədə iğtişaşlar zamanı 121 nəfər ölüb, 1958 nəfər yaralanıb. Tək Konstitusiya Assambleyasına seçkilər ərəfəsində 10 nəfər həyatını itirib”, deyə Baş prokuror qeyd edib. Luisa Orteqa Dias həmçinin Konstitusiya Assambleyasına seçkiləri tanımadığını bəyan edib. Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info