Berlin Vaşinqtonun siyasətinə qarşıdır
Tarix: 01.08.2017 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Ziqmar Qabriel: “Biz, regionun maraqlarına zidd siyasətin həyata keçirilməməsində israrlıyıq”

“Əgər, Amerika Birləşmiş Ştatları sanksiyalar bəhanəsi ilə "ilk növbədə Amerika” şüarı altında sənaye siyasəti həyata keçirərsə, o halda, Brüssel qoruyucu tədbirlər görmək məcburiyyətində qalacaq”- deyə Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel TASS informasiya agentliyinə açıqlamasında bildirib. Almaniyalı nazir, qanun qəbulundan əvvəl amerikalı prezidentin avropalı həmkarları ilə də razılıq əldə edə biləcəyini ehtimal edir. ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillersonla sıx əlaqədə olduğunu bildirən alman nazir bunları deyib: “Biz, regionun maraqlarına zidd heç bir siyasətin həyata keçirilməməsində israrlıyıq”. Ziqmar Qabriel ABŞ Senatı tərəfindən təsdiq edilmiş Rusiyaya qarşı qadağaları qanunsuz qərar kimi dəyərləndirib. Bununla yanaşı, nazir ABŞ-ı siyasi və iqtisadi maraqları qarışdırmaqda ittiham edib: “Vaşinqton öz qazını Avropa bazarlarında satmaq üçün Rusiyanı bu bazarlardan kənarlaşdırmağa çalışır”.

“Vaşinqton öz qazını Avropa bazarlarında satmaq üçün Rusiyanı bu bazarlardan kənarlaşdırmağa çalışır”


Qeyd edək ki, Almaniyanın İqtisadiyyat Nazirliyi də Avropa Birliyinin Rusiyaya qarşı tətbiq ediləcək qadağalar riskinə qarşı addımlar atacağına, Avropa şirkətlərinin rusiyalı tərəfdaşları ilə əməkdaşlığına imkan yaradacağına ümid edirlər. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi barədə Konqresin qəbul etdiyi qanunu imzalayıb. Bunu Gürcüstanda səfərdə olan ABŞ-ın vitse-prezidenti Mayk Pens də təsdiqləyib. Beləliklə, qanun qüvvəyə minib. “Prezident Tramp Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə qanunu imzalayıb. Biz sanksiyaların ləğvini istəyirik, lakin bu, yalınız Rusiyanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi halında mümkündür. Lakin Rusiyanın son diplomatik addımları təəssüf ki, bunun əksini göstərir”, - deyə M. Pens vurğulayıb. Qeyd edək ki, iyulun 25-də Nümayəndələr Palatası, iyulun 28-də isə Senat Rusiya, İran və Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdə tutan qanun qəbul edib. Qanunda Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə qarşı yeni sanksiyaların tətbiqi, eləcə də Barak Obama dövründə tətbiq olunmuş sanksiyaların qanunlaşdırılması əksini tapıb. Bundan sonra prezident yalnız Konqresin icazəsi ilə həmin sanksiyaları ləğv edə bilər. Xatırladaq ki, qadağalar Rusiyanın enerji layihələrinə sədd qoyduğundan Avropa Birliyi bu qanuna mənfi reaksiya verir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info