Çinə qarşı yeni plan hazırlanır
Tarix: 01.08.2017 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


T rampın məsləhətçisi Stiven Miller, əsas strateq Stiven Bennon və ticarət məsələləri üzrə məsləhətçi Piter Navarro Trampı Çinə qarşı sərt tədbirlər görməyə inandırmağa çalışırlar

“Koreya yarımadasındakı gərgin vəziyyətə görə Çin yox, ABŞ və KXDR məsuliyyət daşıyır”. “İnterfaks”ın xəbərinə görə, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Lyu Tzei bəyan edib. “İmkanlarından asılı olmayaraq Çin bu problemlə əlaqədar əməli nəticələr əldə edə bilməz. Çünki hər hansı müsbət irəliləyiş iki prinsipial tərəf - ABŞ və Şimali Koreyadan asılıdır. Bu səbəbdən Koreya yarımadasındakı vəziyyətə görə Çin deyil, rəsmi Vaşinqton və Pxenyan məsuliyyət daşıyır”- deyə Lyu Tzei bildirib.
Qeyd edək ki, ABŞ davamlı olaraq Pxenyanın əsas ticarət tərəfdaşı olan Çini Şimali Koreyaya təzyiq göstərməməkdə günahlandırır. ABŞ prezidenti Donald Tramp özünün "Tvitter" səhifəsində yazıb ki, Çin Şimali Koreyanın nüvə və raket proqramları ilə bağlı fəal tədbir görmür. “Çin asanlıqla bu problemi həll edə bilərdi”, D.Tramp qeyd edib. Amma dünyanın nüfuzlu media orqanları müxtəlif mənbələrə istinad edərək yazır ki, ABŞ dövlət başçısının Çinlə bağlı bu narazılığı səbəbsiz deyil. Qeyd edilir ki, Trampın məsləhətçiləri artıq neçə müddətdir ki, Çinə qarşı iqtisadi təzyiq tədbirləri tərtib edirlər. Bura müəyyən ticarət məhdudiyyətləri də daxildir. Şimali Koreyanın ABŞ-a çatacaq raket istehsalı prosesi Vaşinqton tərəfindən ciddi narazılıqla qarşılanır. Ağ Ev hesab edir ki, Pekin istəsə, bunun qarşısını ala bilər. Ağ Ev rəsmilərinə istinad edən “Politico” nəşri yazır ki, Tramp Pekinin bu məsələdə ona kömək etməyəcəyini hiss etməyə başlayıb. Trampın məsləhətçiləri arasında olan sərt siyasət tərəfdarları - siyasi məsləhətçi Stiven Miller, əsas strateq Stiven Bennon və ticarət məsələləri üzrə məsləhətçi Piter Navarro Trampı Çinə qarşı sərt tədbirlər görməyə inandırmağa çalışırlar. Onlar bir neçə aydır ki, Çinə qarşı strategiya üzərində çalışırlar. Ticarət sahəsində məhdudiyyətlər tətbiq etmək, tariflərə yenidən baxmaq məsələsi gündəmdədir. Tramp özü bir müddət əvvəl “Wall Street Journal” nəşrinə müsahibəsində bildirmişdi ki, dövlət orqanlarının araşdırması başa çatandan sonra müvafiq qərar qəbul ediləcək.

“Chatham House” beyin mərkəzinin analitiki Con Nilson Rayt: “Pekin sərhədlərinin yaxınlığında xaos yaranmasını istəmədiyi üçün Şimali Koreya məsələsində ciddi addım atmayacaq”

Tramp hesab edir ki, ondan əvvəlki rəhbərlərin siyasəti nəticəsində Pekin ildə 100 milyard dollar pul qazansa da, Şimali Koreya məsələsində Vaşinqtona heç bir kömək göstərməyib. Artıq buna son qoyulmalıdır. Bəs, bunu necə edəcəklər? BBS qeyd edir ki, ABŞ-ın hərbi əməliyyata başlaması yüz minlərlə insanın ölümü ilə nəticələnə bilər. Bir ara Şimali Koreya liderini vəzifədən uzaqlaşdırma planı tərtib edilib. Amma “Chatham House” beyin mərkəzinin analitiki Con Nilson Rayt hesab edir ki, belə bir əməliyyat baş tutsa belə, Şimali Koreya liderinin yerinə kimin gələcəyi bəlli deyil. Məsələ ondadır ki, Şimali Koreya siyasi elitası hazırkı liderin hakimiyyətdə qalmasını istəyir. Deməli, qalır bircə iqtisadi rıçaq. Burada isə əsas rol Çinə ayrılır. Ancaq Çin Şimali Koreyaya ciddi problem yarada bilər. Qərbdə, eləcə də Yaponiya və Cənubi Koreyada hesab edirlər ki, Şimali Koreyaya ciddi zərbə vurmaq üçün bu ölkənin iqtisadiyyatına nəfəs verən yolları bağlamaq lazımdır. Bu yol Pxenyana neft verən Çin şirkətləri və banklarına gedib çıxır. Con Nilson Rayt hesab edir ki, Pekin sərhədlərinin yaxınlığında xaos yaranmasını istəmədiyi üçün ciddi addım atmayacaq. Pekinin bu mövqeyi Vaşinqtona yaxşı bəlli olduğundan iqtisadi təzyiq siyasətinə keçilməsi nəzərdə tutulur. Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun direktor müavini Andrey Ostrovskiy bildirib ki, ötən il ABŞ-la Çin arasında ticarətin həcmi 515 milyard dollar olub. Bu qədər böyük ticarət həcmi olan dövlətlərdən birinin digərinə sanksiya tətbiq etməsinin nə demək olduğunu təsəvvür etmək çətindir: “ABŞ bazarında satılan bir çox istehlak malları Çin istehsalıdır. Həmin məhsulların qiyməti çox ucuzdur. Dolların yuandan çox baha olması da Çin mallarının qiymətinin ucuz olmasını təmin edir. İndi sanksiyadan sonra həmin məhsulları başqa ölkənin, tutaq ki, Avropa ölkələrinin məhsulu ilə əvəzləsələr, amerikalılar bir neçə dəfə artıq pul ödəməli olacaqlar. Deməli, sanksiyadan uduzan amerikalı istehlakçı olacaq”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info