Strateji valyuta ehtiyatları artıb
Tarix: 01.08.2017 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Mərkəzi Bank: “Yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 36.5 faiz, o cümlədən qeyri-neft ixracı 27.9 faiz artıb, idxal isə 15.7 faiz azalıb”

Mərkəzi Bankın İdarə Heyəti avqustun 1-də uçot dərəcəsinin 15 faiz səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (dəhlizin aşağı həddi 10 faiz, yuxarı həddi 18 faiz) dəyişməz saxlanılması barədə qərar qəbul edib. Mərkəzin Bankdan bildiriblər ki, makroiqtisadi sabitliyin dərinləşdiyi bir şəraitdə iqtisadiyyatın aparıcı sektorunda işgüzar aktivliyin bərpası davam edir. Xarici balansın yaxşılaşması şəraitində valyuta bazarının tarazlığı təmin olunur və manatın məzənnəsi sabitdir. Qeyd olunan meyillər fonunda fiskal və maliyyə sektorunun likvidliyinin idarə edilməsi məqsədilə Mərkəzi Bank öz balansını bir qədər genişləndirib və iqtisadiyyata pul təklifini artırıb. İnflyasiya gözləntilərinin nisbətən səngiməsi davam etsə də, inflyasiya ilə əlaqəli, xüsusilə təklif və struktur xarakterli risklər tam aradan qalxmayıb. Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul edilərkən aşağıdakı makroiqtisadi meyillər nəzərə alınıb:
İqtisadi aktivlik. Real sektor və iqtisadi aktivlik göstəricilərinin dinamikası bərpa meyillərinin davam etdiyini nümayiş etdirir. Dövlət tələbi və xarici tələbin yüksəlməsi fonunda 2017-ci ilin 6 ayında qeyri-neft sektorunda 1.7 faizlik iqtisadi artım qeydə alınıb. İqtisadi artım iqtisadiyyatın sahələri üzrə fərqlənir. İqtisadi artım ticari sektorda 3.7 faiz, o cümlədən qeyri-neft sənayesində 5.4 faiz, kənd təsərrüfatında 2.2 faiz təşkil edib. Mərkəzi Bank tərəfindən iyun ayında aparılan real sektorun monitorinqinin nəticələrinə görə, emal sənayesində istehsal indeksi və ticarətdə satış indeksi göstəriciləri yaxşılaşır, istehsal güclərinin yüklənmə səviyyəsi yüksəlir. Eyni zamanda, ev təsərrüfatları arasında keçirilən sorğular istehlakçı inamının son rübdə artdığını göstərir.
Xarici balans və məzənnə. Birinci yarımillikdə neftin orta dünya qiymətinin proqnoz səviyyə və ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, qeyri-neft sektorunda ixracın aktivləşməsi və idxalın azalması trendlərinin təsiri altında xarici sektor göstəricilərinin yaxşılaşması davam edir. Yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 36.5 faiz, o cümlədən qeyri-neft ixracı 27.9 faiz artıb, idxal isə 15.7 faiz azalıb. Xarici ticarət balansının profisiti 1.9 milyard ABŞ dolları təşkil edib, ölkənin strateji valyuta ehtiyatları artıb.
Xarici sektor göstəricilərinin yaxşılaşması və mövcud makroiqtisadi siyasət çərçivəsi valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin sabitliyini təmin edir. Mövcud xarici və daxili makroiqtisadi parametrlər çərçivəsində milli valyutanın xarici dəyərinin sabitliyi dayanıqlıdır. Manatın sabitliyi de-dollarizasiya meyli yaradır.
Monetar şərait. Monetar şərait ikinci rübdə nisbətən yumşalsa da, ümumilikdə dövr ərzində neytral olub. İqtisadiyyatın, o cümlədən fiskal sektorun pula olan tələbinə adekvat olaraq pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən dövründə 6 faizdən çox artıb. Bu, ödəniş sisteminin sabitliyini təmin etməklə bərabər, iqtisadiyyatın kreditləşdirilməsi imkanlarını genişləndirən amildir. Lakin ilin əvvəlindən bank sektorunun likvid aktivlərinin əhəmiyyətli artımı fonunda real sektorun kreditləşməsi dinamikası bu ekosistemdə əlavə dəstəkləyici tədbirlərə ehtiyacın olduğunu göstərir.
Mərkəzi Bankın formalaşdırdığı monetar şərait iqtisadiyyatda yığımların stimullaşdırılması ilə istehsalın balanslı artımını tarazlaşdırmaqla mövcud inflyasiya risklərinin məhdudlaşdırılmasına yönəldilib.
İnflyasiya prosesləri. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən cari ilin I yarısında orta illik inflyasiya 13.9 faiz təşkil edib. Orta illik əsasda ərzaq qiymətləri 18.1 faiz, qeyri-ərzaq qiymətləri 12.4 faiz, xidmətlər isə 9.4 faiz dəyişib.
Aylıq inflyasiya səviyyəsində mövsümi azalmaya və inflyasiya gözləntilərinin nisbətən səngiməsinə baxmayaraq, hələ ki, inflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb.
2017-ci ilin qalan dövründə baza inflyasiyanın (qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlərin, həmçinin mövsümi xarakter daşıyan məhsulların qiymət və tariflərinin dəyişimi nəzərə alınmadan hesablanan inflyasiya) azalma tendensiyasına malik olacağı gözlənilir. Ümumi inflyasiya səviyyəsinin isə manatın məzənnəsi, inersiya, məcmu daxili tələb, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, qlobal əmtəə bazarlarında meyillər və s. amillərdən asılı olaraq balanslaşacağı gözlənilir. Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə sentyabrın 18-də müzakirə ediləcək.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info