“Azərbaycan nadir multikulturalizm modeli ilə ehtirama layiqdir”
Tarix: 01.08.2017 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları ilə “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya” adlı V beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçısı, Çin Xalq Respublikasının xüsusi statuslu bölgəsi Honkonqdan olan Lü Meyi arasında görüş keçirilib.
Universitetdən bildirilib ki, Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ADU-da çinşünaslıq ixtisası üzrə təhsilin inkişafı, Çinin “Bir kəmər, bir yol” qlobal layihəsi çərçivəsində tarixi İpək Yolunun dirçəlməsi üzrə aparılan tədqiqatlar, rəhbərlik etdiyi qurumun tədris və ictimai təbliğatı barədə qonağa ətraflı məlumat verib. R.Abbasov əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm siyasətinin ölkəmizi dünyada multikultural mərkəzlərdən biri kimi tanıtdığını diqqətə çatdırıb. Lü Meyi qeyd edib ki, Azərbaycan kimi polietndik mühitdə cərəyan edən ideoloji prosesləri anlamaqda Azərbaycanın təcrübəsi gənclərə kömək edir. O bildirib ki, Azərbaycan əsrlərdir etnik, dini fərqliliyə bəslədiyi sevgiyə görə nadir multikulturalizm modeli ilə ehtirama layiqdir.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
24.05.2019
“Amnesty International“ idmanın siyasiləşdirilməsi istiqamətində ermənilərlə ortaq taktika həyata keçirir
24.05.2019
Nikol Paşinyan Qarabağ klanından qorxduğu üçün oğlunu təhlükəsiz yerə köçürüb
24.05.2019
Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24.05.2019
“Çimərlikdə qadağanedici şarları keçmək olmaz”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info