Naxçıvan məhsulları Türkiyə, Gürcüstan, BƏƏ, İran, İraq və digər ölkələrə ixrac olunur
Tarix: 01.08.2017 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


İxrac edilən əmtəələr arasında ərzaq, tikinti, mebel, yüngül sənaye məhsulları üstünlük təşkil edir

Naxçıvan şəhərində bu ilin birinci yarısında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 377 milyon 138 min 200 manat investisiya qoyulub. Bu da ötən illə müqayisədə 1,4 faiz çoxdur. Bu faktlar Naxçıvan Şəhər İcra Hakimiyyətində bu ilin birinci yarısında görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunan iclasda səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasından irəli gələn vəzifələrin qısa zamanda və yüksək keyfiyyətlə icra olunmasının vacibliyini qeyd edib. İcra Hakimiyyəti başçısının müavini Səyahət İmanov bu ilin birinci yarısının yekunları barədə məruzə edərək bildirib ki, hesabat dövründə Naxçıvan şəhərində abadlıq-bərpa, tikinti-quraşdırma işləri ön plana çəkilib, əhalinin mənzillərə olan tələbatının ödənilməsi, eləcə də mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış binalarının tikintisinə, habelə mövcud binaların yenidən qurulmasına diqqət yetirilib. Qeyd olunub ki, tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artıb. Vətəndaşların vəsaiti hesabına 165 min 484 kvadratmetr ərazidə yeni yaşayış sahələri salınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan uğurlar, yeni iş yerlərinin açılması, əhalinin rifah halının yaxşılaşması demoqrafik vəziyyətə də müsbət təsir göstərib, Naxçıvan şəhərində əhalinin sayı artaraq 97 min nəfəri ötüb. Bu ilin yanvar-iyun aylarında 385 milyon 306 min 500 manatlıq sənaye məhsulunun istehsal olunduğunu deyən Səyahət İmanov diqqətə çatdırıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Bu dövrdə 432 yeni iş yeri açılıb, onlardan 423-ü daimi iş yeridir. Əvvəlki illərdə olduğu kimi, bu il də strateji əhəmiyyət kəsb edən taxılçılığın inkişafına xüsusi diqqət yetirilib, bu ilin məhsulu üçün 2095 hektar sahədə əkin aparılıb. Yaşıllaşdırma tədbirləri zamanı Naxçıvan şəhərinin ərazisinə 70 ədəd müxtəlif meşə, 481 ədəd müxtəlif meyvə, 10 min 800 ədəd həmişəyaşıl ağac, 400 ədəd müxtəlif gül və dekorativ kollar əkilib, 1,5 hektarlıq meyvə bağlarında bərpa işləri aparılıb. Sonra məruzə ətrafında çıxışlar olub. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya iclasında isə iqtisadiyyat naziri Famil Seyidov deyib ki, muxtar respublikada istehsal olunan məhsullar Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İran və İraq kimi ölkələrə ixrac olunur. İxrac edilən əmtəələr arasında ərzaq, tikinti, mebel, yüngül sənaye məhsulları üstünlük təşkil edir. Qeyd edilib ki, 2017-ci ilin ötən dövründə iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 11 layihənin maliyyələşdirilməsinə 336 min manat həcmində güzəştli kreditlər verilib, 8-i özəl investisiya olmaqla, 18 istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb, ümumilikdə, 183 yeni iş yeri yaradılıb. Nazir bildirib ki, muxtar respublikanın təbii sərvətlərindən səmərəli istifadə edilməsi, xüsusən, kəndlərdə dayanıqlı istehsal sahələrinin yaradılması və məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə ötən altı ayda dövlət və özəl investisiya hesabına 12 yeni istehsal və xidmət sahəsi yaradılıb. Muxtar respublikada yüksək məhsuldarlığa malik keyfiyyətli toxum növlərinin, xüsusilə yerli genefonda daxil olan növlərin yetişdirilməsi, toplanması və fermerlərə satışının təşkili diqqət mərkəzindədir. Əhalinin ərzaq məhsulları ilə təmin olunması istiqamətində ailə təsərrüfatlarının rolundan bəhs edən nazir diqqətə çatdırıb ki, ötən dövrdə belə təsərrüfatların fəaliyyətini dəstəkləmək məqsədilə 201 çoxsahəli təsərrüfatda maarifləndirici tədbirlər həyata keçirilib, 9 ailə təsərrüfatına 195 min 700 manat dövlət maliyyə dəstəyi göstərilib. Bu sahədə verilmiş tapşırıqların tam icrası məqsədilə qarşıdakı dövrdə muxtar respublikanın bütün rayonlarının imkanlarını təhlil etməklə çoxsahəli ailə təsərrüfatlarının formalaşdırılması istiqamətində layihələrin hazırlanması davam etdiriləcək. Muxtar respublikanın ixrac potensialının genişləndirilməsi ilə bağlı məsələlərə toxunan nazir vurğulayıb ki, ötən il investisiya və ixracın təşviq edilməsi sahəsində imzalanmış fərman və sərəncamlar muxtar respublikanın iqtisadi inkişafında, xarici iqtisadi əlaqələrin genişləndirilməsində yeni mərhələnin başlanğıcını qoyub. Həmçinin muxtar respublikada yaradılmış əlverişli biznes mühitinin təşviqi təmin olunub. O cümlədən iş adamlarının xarici ölkə sahibkarları ilə qarşılıqlı əlaqələrinin daha da yaxşılaşdırılması məqsədilə ölkə daxilində və xaricdə keçirilən 14 biznes-forumda, eləcə də beynəlxalq sərgidə 73 sahibkar, Çin Xalq Respublikasında keçirilən seminarlarda isə nazirliyin 3 əməkdaşı iştirak edib. Sonra məruzə ətrafında çıxışlar olub.
Cavidan








 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info