Tələbələrə akademik məzuniyyət verilməsi qaydaları açıqlanıb
Tarix: 02.08.2017 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Azərbaycanda tələbələrə akademik məzuniyyətin verilməsi qaydaları açıqlanıb. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair təhsil nazirinin yeni təsdiq etdiyi müvəqqəti qaydalara əsasən, tələbəyə akademik məzuniyyət bəzi hallarda və müəyyən müddətə verilir.
Belə ki, tələbə müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə, ailə vəziyyətinə görə 2 il müddətinədək, səhhətinə görə həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə, sosial məzuniyyətə çıxdıqda qanunvericiliklə müəyyən olunmuş müddətə, müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə proqramda göstərilən müddətə akademik məzuniyyət əldə edir.
Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə müvafiq tələbləri gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub
19.02.2019
Şəhidlik ölməzlikdir
19.02.2019
“Sistemli Satış üçün CRM“ mövzusunda təlim keçiriləcək
19.02.2019
“Keyfiyyətli təhsil-səriştəli müəllim kompetensiyaları” mövzusunda ödənişsiz təlim keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info