Qusarın Suvacal kəndinə ilk dəfə təbii qaz verilib
Tarix: 02.08.2017 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Qusar rayonunun ucqar yaşayış məntəqələrindən olan Suvacal kəndinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
Avqustun 2-də kəndə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, Milli Məclisin deputatı Azər Badamov, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Suvacal kəndinin qazlaşdırılması üçün daşıyıcı xətt, kəndin daxilində isə ortatəzyiqli qaz xətləri çəkilib, bütün mənzillərə qaz sayğacları quraşdırılıb. Ümumilikdə, 9 min 979 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunub. Kənddə 140 abonent ilk dəfə “mavi yanacaq”dan istifadə etməyə başlayıb.
Mərasimdə çıxış edənlər yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik ediblər. Bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi, Qusar rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.
Çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Daha 26 rayon üzrə 2189 arıçıya subsidiya verilməsi barədə qərar qəbul olunub
11.12.2018
Suraxanı rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib
11.12.2018
23 ədəd mobil telefonu xüsusi “ssenari” ilə keçirməyə cəhd etdilər
11.12.2018
Cocuq Mərcanlıda istirahət parkı inşa edilir
11.12.2018
Neftçalada indiyədək 36 min 50 hektar sahədə payızlıq taxıl əkilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10524

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info