Biləsuvarın bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin olunub
Tarix: 02.08.2017 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Bu ilin altı ayında Biləsuvarda iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sənaye və kənd təsərrüfatının inkişafı davam edib. Hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi 124,9 milyon manata bərabər olub. Altı ayda əsas kapitala yönəldilən investisiyalar 9,8 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 134 milyon manat təşkil edib. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1229 manat, orta aylıq əməkhaqqı isə 358 manat olub.
Bu faktları Biləsuvarda 2017-ci ilin ikinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev səsləndirib.
Bildirilib ki, hesabat dövründə Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına şəhər ərazisindəki aztəminatlı ailələrin yaşadığı 25 çoxmənzilli binada təmir işləri aparılıb və artıq işlər yekunlaşmaq üzrədir. Bununla yanaşı, 9 çoxmənzilli yaşayış binasında təmir işlərinin aparılması üçün 725 min manat vəsait ayrılıb və 327 min manatlıq iş görülüb, Ələt-Astara magistral avtomobil yolunda 410 min manatlıq təmir işi aparılıb. Rayonun bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin olunub.
Yığıncaqda aqrar sahənin kompleks inkişafından danışılaraq vurğulanıb ki, Biləsuvar kənd təsərrüfatı rayonu olduğu üçün iqtisadiyyatın əsasını da bu sahədən gələn gəlirlər təşkil edir. Pambıqçılığın inkişafına göstərilən diqqət və qayğıdan bəhrələnən mülkiyyətçilər 2017-ci ildə 11 min hektar sahədə pambıq əkib və yüksək məhsul əldə etmək üçün hazırda sahələrdə kompleks aqrotexniki tədbirlər həyata keçirirlər. Cari ildə rayonda 27 min tondan çox pambıq istehsal etmək qarşıya məqsəd qoyulub. Bu isə öz növbəsində 22 min iş yeri, 10 milyon manata yaxın gəlir, 3 milyon manat subsidiya deməkdir.
Cari ilin ötən dövründə rayonda mülkiyyətçilər tərəfindən 622 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb. Ötən il ilə müqayisədə taxıl və digər əkin sahələri 1,5 dəfə genişləndirilib, çəltik, soya, qarğıdalı kimi bitkilərin əkininə nail olunub. Ötən ilin payızında əkilmiş 20 min 982 hektar taxıl sahəsindən 56 min ton məhsul götürülüb, hər hektarın məhsuldarlığı 26,6 hektar təşkil edib.
Toplantıda təhsil, səhiyyə, mədəniyyət və digər təşkilatların işi ətraflı müzakirə edilib, konkret tapşırıqlar verilib.
Sonda müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info