AQUPDK: “Ailə dəyərlərinin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir”
Tarix: 02.08.2017 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


“Müasir dövrdə dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar ailə institutuna nəzərəçarpacaq təsir göstərməkdədir. Bununla əlaqədar olaraq, dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının artırılması olduqca vacibdir”. Bu fikirlər avqustun 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerli özünüidarəetmə orqanları ilə birgə həyata keçirdiyi “Ailə Akademiyası” layihəsinin Xaçmaz şəhərində keçirilən təqdimatında səsləndirilib.
Regional tədbirdə Xaçmazla yanaşı, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarındakı aktiv yerli özünüidarəetmə orqanlarının nümayəndələri iştirak edib.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərova Azərbaycanda tarixən gözəl ailə ənənələrinin mövcudluğunu diqqətə çatdıraraq, bu ənənələrin yaşadılmalı və gələcək nəsillərə ötürülməli olduğunun vacibliyini vurğulayıb. “Ailə Akademiyası” layihəsinin xüsusilə gənc nəslin maariflənməsində xüsusi rola malik olacağını bildirən İ.Nəzərova ölkəmizdə dövlət ailə siyasətinin uğurla həyata keçirildiyini qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında ailə dəyərlərinin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Bildirilib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərib. Milli adət-ənənələrimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi möhkəm təməl üzərində dayanaraq cəmiyyətdə öz mövqeyini qoruyub saxlayıb.
“Ailə Akademiyası”nın bu istiqamətdə yeni layihə olduğunu bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb. Bildirilib ki, ictimai əsaslarla yaradılan layihənin əsas hədəfi gənclər, yeni qurulan ailələr və sosial aktivliyi zəif olan insanlardır.
Daha sonra tədbirdə AMEA-nın professoru, fəlsəfə elmlər doktoru Rəna Mirzəzadə, Ədliyyə Nazirliyinin Xaçmaz Regional şöbəsinin rəisi Rasim Məlikov layihənin əhəmiyyətindən, müasir gənclərin üzləşdiyi ictimai aktivlik problemlərindən, Azərbaycanda qadın hüquqlarından, onlara verilən dəyərdən, boşanmalar və səbəblərindən, məişət zorakılıqlarından, düzgün ailə təməlindən danışaraq, örnək ailə nümunələrindən bəhs ediblər. Çıxışlarda layihənin ailə dəyərlərini qorumaq və möhkəmləndirmək istiqamətində atılmış mühüm addım olduğu vurğulanıb.
“Ailə Akademiyası” layihəsi ilə bağlı təqdimatla çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Sonda tədbir iştirakçılarına Komitə tərəfindən hazırlanan maarifləndirici çap materialları təqdim edilib.
Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Kriminal mövzudan yazan jurnalistlər daha çox hansı səhvlərə yol verir?
22.08.2019
Tofiq Yaqubluya ciddi xəbərdarlıq edilib
22.08.2019
İctimai qaydanın qorunması həm də vətəndaşdan asılıdırsa... nə etməli?
22.08.2019
Gömrük Hospitalının Tibbi laboratoriyası beynəlxalq sertifikat alıb
22.08.2019
Leyla Axundzadə “Mikayıl Müşfiq” gəmisini ziyarət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info