Naftalan kurort mərkəzinə çevrilib
Tarix: 02.08.2017 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


Bu ilin altı ayında Naftalanın turizm obyektlərində 9.5 min turist qeydə alınıb ki, bunun da 4012 nəfəri 50-ə yaxın xarici ölkədən gələn turistlər olub

Naftalan neftindən hazırlanan məhsullar “Made in Azerbaijan” brendi ilə xarici bazarlara ixrac ediləcək


Naftalan şəhər İcra Hakimiyyətində 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub. Hesabat yığıncağında çıxış edən Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qeyd edib ki,ölkəmizdə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri kurort şəhəri olan Naftalanda da yüksək templə davam edir. Bu, özünü həm 2017-ci ilin birinci yarısının statistik göstəricilərində göstərir, eyni zamanda, biz bu müsbət dəyişiklikləri gündəlik həyatda da görürük.
2017-ci ilin birinci yarısında ümumi məhsul buraxılışı keçən ilin müvafiq dövrü ilə müqayisədə 74,1 faiz artaraq 10 mln 300 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 6,4 faiz artaraq 1 mln 57 min manat təşkil edib. Əhaliyə 150,4 min manatlıq nəqliyyat xidməti göstərilib, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan ödənişli xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 faiz artaraq 6 mln 168 min manat olub. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 9 mln 456 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 274,2 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti 18,5 faiz artaraq 103,1 min manat təşkil edib. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 794 min manat, tikinti-quraşdırma işləri isə 5,8 dəfə artaraq 5 mln 104 min manat təşkil edib.
Əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi tərəfindən 530 ailəyə ünvanlı dövlət sosial yardım və sosial müavinət ödənilib. Mərkəzin sosial xidmət işçiləri tərəfindən 48 nəfər tənha ahıl və əlil vətəndaşa evlərində müvafiq xidmətlər göstərilib. 15 nəfər əlilə istirahət və müalicə üçün sanatoriya-kurort yollayışı verilib. Altı ay ərzində 36 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyinatı aparılıb, ümumilikdə şəhər üzrə 1520 nəfər pensiyaçıya xidmət göstərilib.
2017-ci ilin yanvar-fevral aylarında nazirlik və komitələr tərəfindən 176 yeni iş yeri açılıb və şəhər əhalisi bu işlərə cəlb olunub. Ötən dövrdə Prezidentin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq 2 nəfər işaxtaran aztəminatlı vətəndaşa iri və xırda buynuzlu mal-qara verilərək özünüməşğulluğa cəlb ounub. Hesabat dövründə 10 mərtəbəli, 42 otaqdan ibarət yeni “Avtovağzal Otel” kompleksində tikinti işləri davam etdirilib. Əhaliyə göstərilən tibbi xidmətin yeni tələblər səviyyəsinə çatdırılması məqsədilə yeni xəstəxananın tikintisi işləri davam etdirilib. 5 mərtəbədən ibarət olacaq xəstəxana 65 çarpayı üçün nəzərdə tutulub. Artıq binada üst mərtəbələrin tikintisi işləri aparılır.
Son illər həm Naftalanın beynəlxalq səviyyəli sanatoriya kurort mərkəzinə çevrilməsi məqsədi ilə kompleks işlər həyata keçirilib, həm də şəhərin bütün infrastrukturunun inkişafına diqqət artırılıb, geniş quruculuq və abadlıq işlərinə başlanılıb və hazırda da bu işlər davam etdirilir.
Dövlət başçısı turizm sahəsinin inkişafı üçün ardıcıl və düşünülmüş tədbirlər həyata keçirir. Bu gün Naftalan şəhəri həm müalicəvi nefti ilə xəstələrin müalicəsində daha effektiv nəticələr əldə olunmasına, həm də istirahət üçün burada yaradılan müasir turizm infrastrukturuna görə turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevrilib. 2017-ci ilin birinci yarımilində şəhərə şəfa tapmaq və istirahət etmək məqsədilə üz tutan yerli və xarici turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çox olub. Belə ki, 2017-cı ilin altı ayında Naftalanın turizm obyektlərində 9.5 min turist qeydə alınıb ki, bunun da 4012 nəfəri 50-ə yaxın xarici ölkədən gələn turistlər olub. “TurStat” analitik agentliyinin məlumatına görə Naftalan şəhəri postsovet məkanında rusiyalılar arasında ən populyar müalicəvi kurort sayılıb.
Eyni zamanda, dövlət başçısının xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və bu sahə üzrə müvafiq tapşırıqlarının icrası ilə bağlı Naftalan neftindən məhsullar hazırlayan yeni fəaliyyətə başlayan “Qətransız Naftalan məlhəmi” MMC-nin istehsal etdiyi məhsulların “Made in Azerbaijan” brendi altında xarici bazarlara ixracı şəhərin iqtisadiyyatının inkişafına və Naftalan neftinin tanıdılmasına əlavə təkan verəcək.

Anar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info