Rusiya Suriyada ölən rus hərbçilərinin sayı ilə bağlı məlumatı təkzib edib
Tarix: 02.08.2017 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Rusiya Müdafiə Nazirliyi (MN) "Reuters" agentliyinin Suriyada həlak olan rus hərbçilərinin sayı ilə bağlı məlumatını təkzib edib. Rusiya MN-dən verilən məlumata görə, nazirliyin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumatın yalan olduğunu söyləyib. "Reuters" ilk dəfə deyil ki, Rusiyanın Suriyadakı əməliyyatlarını müxtəlif üsullarla təhrif edir. "Gizli itkilər" barədə məqalə də bu baxımdan istisna deyil. Yenə də mənbə kimi hansısa dedi-qodu, sosial şəbəkə məlumatları, həlak olanların anonim qohumları və tanışları kimi uydurma söhbətlərdən istifadə olunub”, - deyə Rusiya MN sözçüsü bildirib. Konaşenkov nazirliyə bu məqalənin kim tərəfindən sifariş edildiyinin məlum olduğunu vurğulayıb: "Ona görə də, “Reuters"in rus redaksiyası üçün xüsusi olaraq izah veririk. Suriyada həlak olan Rusiya hərbçilərinin heç bir gizli qəbiristanlığı olmayıb. Suriyada guya terrorçuluqla mübarizə aparan britaniyalı hərbçilərdən fərqli olaraq rusiyalı hərbçilər həyatlarını təhlükəyə atıblar. Ona görə də, "Reuters"in Suriyada rusiyalı hərbçilərin həlak olması ilə bağlı istehzası bizdə ancaq nifrət oyada bilər". Qeyd edək ki, "Reuters"də Suriyada həlak olan Rusiya hərbçilərinin sayının artması ilə bağlı məqalə dərc olunub. Həmin məqalədə Suriyada bu il 40 rusiyalı hərbçinin həlak olduğu bildirilir. Qeyd olunur ki, onlardan 21 nəfər hərbi mütəxəssis, 17 nəfər hərbçi olub. İki nəfərin statusu isə hələlik müəyyənləşməyib. Rəsmi məlumatlara görə isə 2017-ci il başlayandan Suriyada 10 rusiyalı hərbçi ölüb.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”
22.02.2019
Çin, Rusiya və Hindistan XİN rəhbərlərinin növbəti üçtərəfli görüşü keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info