NATO sərhədləri yaxınlığında Rusiya təlimləri: Moskvadan Qərbə mesaj
Tarix: 02.08.2017 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


Alyansın strateqləri bildirirlər ki, Rusiya bu təlimlər vasitəsilə NATO ilə mümkün toqquşmanı sınaqdan keçirəcək

NATO-nun Gürcüstanda keçirdiyi təlimlər təbii ki, Moskva tərəfindən xoş qarşılanmır. Krem bu təlimlərin cavabını Belarusla birgə keçirəcəyi təlimlə verəcək. Vaşinqton hesab edir ki, Rusiyanı bu təlimlərdə 100 minlik kontingent təmsil edəcək. NATO sərhədlərində Rusiyanın bu qədər sayda şəxsi heyətinin təlimlər keçirməsi alyans üçün ciddi təhdidi kimi qəbul edilir. “The New York Times” Rusiya və Belarusun birgə təşkil edəcəyi “Qərb 2017” təlimi ilə bağlı geniş məqalə yayıb. Nəşr əsas iki məqama diqqət edir. Birinci məqam təlimlərin NATO sərhədlərinin yaxınlığında keçirilməsi, digər məqam isə təlimlərdə yeni formalaşdırılan 1-ci qvardiya tank ordusunun iştirakıdır. Nəşr yazır ki, bu təlimlərin ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalarla heç bir əlaqəsi yoxdur. Amma təlimlərin sanksiyalarla bağlı yeni qərardan sonra keçirilməsi Moskvanın Qərbə əzələ nümayişi kimi qəbul ediləcək.

NATO-nu ən çox narahat edən məsələ təlimlərdən sonra Rusiya hərbi qüvvələrinin bir hissəsini geri qayıtmayaraq birdəfəlik Belarusda yerləşməsi ehtimalıdır

Xüsusilə, Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatlardan sonra hərbi gücün nümayişi üçün əla fürsət yaranıb. İstefada olan general, ABŞ-ın Rusiyadakı səfirliyində hərbi attaşe işləmiş Peter Zvak hesab edir ki, bu təlimlər ilk növbədə Moskvanın Qərbə mesajıdır ki, mənimlə işiniz olmasın: “Amma bu hərbi aktivlik nəzarətsiz hərbi konfliktlərin alovlanmasına səbəb ola bilər”. Amerikalıların hesablamalarna görə, Rusiya bu təlimlərə ciddi yanaşır və nəhəng arsenaldan istifadə edəcək. Təkcə dəmir yolu ilə Belarusa və sonra geriyə 4 min tank və digər zərbi texnika daşınacaq. Qeyd edilir ki, ruslar artıq Belarusda min nəfərlik hərbi hava qüvvələri personalını yerləşdirib. Avqustun ortalarında Belarusa çoxminli şəxsi heyət, aviasiya qüvvələri gedəcək. Qalan qüvvələrin sentyabrın əvvəlində gəlişi planlaşdırılır. “The New York Times” nəşri yazır ki, başda ABŞ olmaqla Qərb bu təlimləri xüsusi diqqətdə saxlayacaq. Təlimlərin keçirildiyi günlər ərzində bütün preventiv tədbirlər həyata keçiriləcək. “Qərb 2017” təlimləri zamanı amerikalıların 600 desantı Balitikyanı ölkələrdə hazır vəziyyətdə gözləyəcək. Eyni zamanda Polşada olan ABŞ qüvvələrinin rotasiyası dayandırılacaq. İstefada olan general Filip Bridlav hesab edir ki, Rusiya-Belarus hərbi təliminin adı təsadüfən seçilməyib. “Qərb 2017” adı qərbə əsasən də Baltikyanı ölkələri və Polşaya açıq mesajdır. Ekspert Filip Karber hesab edir ki, Rusiyanın 1-ci qvardiya tank ordusunun Polşa sərhədlərində yerləşdirilməsi NATO üçün dilemma yaradır: alyans Baltikyanı ölkələrdə hərbi iştirakını artırmalı və Polşanı müdafiə etməlidir. “The New York Times” bir məsələni xüsusi vurğulayır ki, Kreml Belarusa yaxın ərazidə yerləşən Smolenskə müasir diviziya yerləşdirib. Həmin diviziyanın ixtiyarında 800 tank, 300 artilleriya sistemi və “İsgəndər” raketləri var. NATO-da hesab edirlər ki, tank briqadası Belarusun qərb hissəsində- Polşa sərhədi yaxınlığında olan Brest və Qrodnoda , o cümlədən Litvaya yaxın yerlərdə manevrlər həyata keçirəcək. NATO təlimlərdə Rusiyanın açıqladığı kimi 13 min əsgərin iştirak edəcəyinə inanmır. Alyansın baş katibi Yens Stoltenberq də bildirib ki, onlar təlimlərdə açıqlanan sayda hərbçinin iştirak edəcəyinə şübhə edir. Alyansın strateqləri bildirirlər ki, Rusiya bu təlimlər vasitəsilə NATO ilə mümkün toqquşmanı sınaqdan keçirəcək. Yoxlama mülki strukturları da əhatə edəcək. Vaşinqton təlimlərə izləmək üçün müşahidəsi kimi dəvət almamasından da narahatdır. Qərb mediası təlimlərdə 60-100 min nəfər arası şəxsi heyətin, xüsusi xidmət orqanları əməkdaşlarının və mülki strukturların nümayəndələrinin iştirak edəcəyini güman edir. NATO-nu ən çox narahat edən məsələ təlimlərdən sonra Rusiya hərbi qüvvələrinin bir hissəsini geri qayıtmayaraq birdəfəlik Belarusda yerləşməsi ehtimalıdır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info