Ölkəmizdə macəra turizminin inkişafına ehtiyac var
Tarix: 02.08.2017 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Тuristlər macəra turizminə 400 milyard dollar vəsait xərcləyir

Ölkədə turizmin inkişafı prioritetdir. Bu sektorun inkişaf etdirilməsi məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilir, indiyədək çoxlu sayda 5 ulduzlu otellər də daxil olmaqla 300-dən çox mehmanxana tikilib. Mədəniyyət və turizm naziri də bildirib ki, paytaxt Bakı ilə yanaşı, bölgələrimizə gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Nazir bildirib ki, məşhur bölgələrimizdən olan Şəki ölkəmizdə turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Bu baxımdan qədim şəhərin tarixi məkanlarının gələn qonaqlara yüksək səviyyədə təqdimatı və turistlərə göstərilən mədəni xidmətlərin səviyyəsi daha da artırılmalıdır.

Turizmdə tanınan ölkələr macəra həvəskarı olan turistləri cəlb etməyə çalışır

Bu gün dünyada turizmin inkişafı sektorun müxtəlif növlərinə marağı getdikcə artırır. Təbiət turizminə maraq getdikcə artdığı halda, təbiətdə yaradılan macəra turizmi dünyada trend halına gəlib. Səyahət edən insanların 15 faizi macəra idman növlərinə üstünlük verir. Türkiyəli mütəxəssislər yalnız gənclərin rəğbət göstərdiyi düşünülən bu sahənin xarici turistləri ölkəyə cəlb etmək üçün çox əhəmiyyətli bir variant olacağını düşünürlər.


Dünyada təbiət və macəra turizmi ildə 20-30 faiz artır. Bu da bütün dünyada olduğu kimi, ölkəmizi də macəra turizmini inkişaf etdirməyə sövq edir


Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının Macəra Turizmi və Ticarət Birliyinin məlumatına görə təbiət turizminin həcmi 400 milyard dollar təşkil edir. Bunun tərkibində macəra seqmentinin payı isə 263 milyard dollar səviyyəsindədir. Belə olduğu halda turizmdə tanınan bir çox ölkələr macəra həvəskarı olan turistləri özlərinə cəlb etməyə çalışır. Raftingdən yamac paraşütünə, şardan suya dalma idmanlarına qədər bir çox sahədə potensialı olan Türkiyə də bu macəradan pay istəyir. Dünyada bu sahədəki inkişafı nəzərə alaraq Türkiyə də təcili olaraq təbiət və macəra turizmi strategiyası planı hazırlamağa çalışır. Türkiyədə 3 mindən artıq mühafizə edilən sahələr var və təbiət turizmini inkişaf etdirmək üçün 81 vilayətdə 527 təbiət turizm sahəsi təyin olunub. 420-dən çox quş növünün yaşadığı Türkiyədə, Avropada təsbit edilən təxminən 12 min bitki növünün 9 mini yetişir.

90 dəqiqəlik uçuşun qiyməti 250 avro

Bu gün səyahət edən insanların 98 faizi özünü ətraf mühitə qarşı həssas hesab edir. Bu da 1 milyarddan çox insan deməkdir. Səyahət edən insanların 79 faizi ətraf mühitə həssas yerlərdə dincəlmək istəyir, 20 faizi isə milli parkları ziyarət etməyə üstünlük verir. Həmçinin səyahət edən insanların 15 faizi qeyri-adi macəra idman növlərinə üstünlük verir. Türkiyənin macəra turizm növündə irəli sürdüyü bir sıra sahələr var. Onlardan biri də Kapadokya şar turlarıdır. Kapadokyaya gedən hər turist mütləq şar turlarını sınaqdan keçirir. Hər il orta hesabla bu tura 1 milyon insan qatılır. Şarlar 1000 -5500 metrlik yüksəkliyə qalxaraq günəşin doğmasını, mənzərələri qonaqlara izləmək imkanı verir. Qonaqlar 60 və 90 dəqiqə uçuş edirlər ki, bu uçuşların da qiyməti 150-250 avro arasında olur. Digər macəra növü isə 4 X 4 adlanır. Maksimum 3 saat davam edən bu turların qiyməti təxminən 100 lirə təşkil edir. Bu zaman istifadə edilən “jeep safari və off road” ölkənin gizli qalmış gözəlliklərini kəşf etmək üçün ən ideal, adrenalin dolu fəaliyyətlərdən biridir.
Ən maraqlı macəra növlərindən biri yamac paraşütüdür. Dağdan aşağı paraşütlə atlamaq üçün əvvəldən otel kimi sifariş verilir. Uçuş müddəti 25-45 dəqiqə və maksimum ağırlığın 100 kq olması lazımdır. Uçuş saatları 9, 11, 13, 15, 17 arasında olur. Türkiyədə may-iyun-oktyabr aylarında adambaşı 260 lirə təşkil edir.
Suya dalma turları da turistlərin böyük marağına səbəb olur. Suya dalma qayıqlarında əvvəlcə istifadəçilərin rahatlığı düşünülür. Turistlər türk, ingilis və fransızca məlumatlandırılırlar. Təkbaşına suya dalmanın qiyməti 399 və 10 nəfərlik isə 1190 lirədir. Bundan başqa, macəra turizmində ən çətin sayılan ultra maratondur. Turistlər bu idman növünə də maraq göstərirlər. Turistlərdə maraq doğuran digər bir macəra növü isə gecələr Ayı izləməkdir.
Bu gün turizm ölkələrinin maraq dairəsində olan və milyardlarla gəlir gətirən macəra turizminin ölkəmizdə də inkişafına ehtiyac var. Adıçəkilən macəra turizm növlərinin fəaliyyəti üçün ölkəmizdə hər cür şərait var.
Nigar Abdullayevaa




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info