“Azərbaycanda sosial layihələr insanların bütün qruplarını əhatə edir”
Tarix: 03.08.2017 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Azərbaycanda sosial layihələrin maliyyələşdirilməsi daim ön plandadır.Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dövlətin sosial siyasətinin mərkəzində ölkə vətəndaşının dayandığını hər zaman açıqlayıb. Azərbaycanda sistemli şəkildə sosial layihələrin həyata keçirildiyini deyən B.Sadıqov bildirib ki, bu layihələr insanların bütün qruplarını əhatə edir: “Azərbaycanda qaçqın və məcburi köçkünlər, əlillər, sosial müdafiəyə ehtiyacı olan insanlar, təqaüdçülər, şəhid ailələri üçün müxtəlif layihələr həyata keçirilir, onlar üçün dövlət hesabına evlər tikilir. Bu sosial layihələr yalnız Bakını deyil, bütün regionları əhatə edir”.
B.Sadıqov deyib ki, hazırda kəndlərin içməli su ilə təminatı və kanalizasiya şəbəkəsinin qurulması üçün işlər həyata keçirilir: “Hələlik su çəkilməsi mümkün olmayan yerlərdə sutəmizləyici qurğular quraşdırılır ki, insanlar içməli su ilə təmin olunsunlar”.
Deputat əlavə edib ki, çox mühüm sosial layihələrdən biri də uşaqların ildə bir dəfə məcburi şəkildə tibbi müayinələrdən keçirilməsi ilə bağlıdır.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda idmanla, gənclərin asudə vaxtının təşkili ilə bağlı da bir sıra layihələr həyata keçirilir, eyni zamanda bu layihələr yeni iş yerlərinin açılmasına xidmət edir.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info