UNICEF uşaqların sosial müdafiəsi sisteminin yaradılmasında hökuməti dəstəkləyəcək
Tarix: 03.08.2017 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


“UNICEF-in Azərbaycanda fəaliyyətinin əsas istiqaməti ona yönəlib ki, bütün uşaqlar son illər əldə olunan tərəqqinin nəticələrindən bəhrələnə bilsin”.
Bunu Trend-ə UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin deyib. Onun sözlərinə görə, son illərdə Azərbaycanda təhsil təkmilləşib, böyük islahatlar həyata keçirilib, ixtisaslaşdırılmış müəssisələrdə yaşayan uşaqların sayı əhəmiyyətli dərəcədə azalıb: “Biz həmçinin çalışırıq ki, aztəminatlı ailələrdən olan uşaqların sosial vəziyyətinin yaxşılaşdırılması məsələsinə kompleks şəkildə yanaşaq. Son illərdə Azərbaycanda böyük iqtisadi inkişaf müşahidə olunur, dövlət aztəminatlı əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması məsələsini diqqət altında saxlayır”.
O qeyd edib ki, Azərbaycanda ünvanlı sosial yardım sistemi mövcuddur, amma əmin olmaq lazımdır ki, bu yardımı həqiqətən də ehtiyacı olan adamlar alır. “Söhbət təkcə maliyyə dəstəyindən getmir. Bu kateqoriyaya aid bəzi ailələrdə məşğulluq, əlil uşaqları olan valideynlərə yardım və bu kimi problemləri həll etmək lazımdır. Biz bu cür ailələr axtarıb tapacaq və qayğılarına qalınması üçün zəruri qurumlara aparacaq sosial işçilərin sayını artırmalıyıq”.
E.Karvardin vurğulayıb ki, bu məsələdə əsas məsuliyyət yerli idarəetmə orqanlarının üzərinə düşür: “Mən dəfələrlə Azərbaycanın rayonlarında yerli idarəetmə orqanlarının əməkdaşları ilə görüşmüşəm və onların bu cür problemləri nə dərəcədə yaxından anladıqlarına heyran qalmışam. Əminəm ki, birgə səylərlə biz bu sahədə vacib addımlar atacağıq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17.07.2019
“İrəli“ gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil ediblər
17.07.2019
Azərbaycan İlahiyat İnstitutu media nümayəndələrini mükafatlandırıb
17.07.2019
“Loqos” da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
16.07.2019
Gədəbəy rayonunda ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10829

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info