700 bal toplayan abituriyentlər niyə BANM-i seçdi?
Tarix: 03.08.2017 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarının nəticələri açıqlanıb. Onlardan 7 nəfər I qrup üzrə ən yüksək bal toplayıb. Seçim üstünlüyü verilən isə Bakı Ali Neft Məktəbi (BANM) olub. Belə ki 700 bal toplayan 6 gənc məhz BANM-in ixtisaslarını seçib. Bunun səbəbini onlar BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinə açıqlayıblar.

Qabil Əliyev (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi):
- “BANM tələbələrə geniş imkanlar yaradan və yaxşı təhsil verən az saylı universitetlərdən biridir. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası da həm ən perspektivli ixtisaslardan biridir, həm də özümə yaxın gördüyüm sahədir. Məhz buna görə də seçimim Bakı Ali Neft Məktəbi oldu”.

Xalidə Əliyeva (Bakı, 220 saylı məktəb):
- “Məktəbdə ən sevdiyim fənn fizika idi və buna görə də 1- ci ixtisas qrupunu seçmişdim. Məktəbdə və hazırlıqda yoldaşlarımdan BANM haqqında eşitmişdim. Onların çoxu məhz BANM- də təhsil almaq istəyirlər və məndə də maraq oyatmışdılar. Ali təhsilim üçün istədiyim hər şeyin burada olduğunu düşünürəm. Seçdiyim ixtisas isə fizika ilə çox əlaqəlidir”.

Vahab Cəbrayılov (İsmayıllı rayonu, Lahın qəsəbə tam orta məktəbi):
- “Bakı Ali Neft Məktəbinə daxil olmaq mənim ən xoşbəxt anımdır. Azərbaycan təhsilində öz sözünü qısa bir müddətdə demiş ali məktəbinə inanırdım və imtahandan öncəki məqsədim də elə bu idi. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına gəldikdə isə kompüter və robot texnologiyalarına olan marağım səbəbindən son qərarım kimi bu ixtisas üzərində durdum. Gələcəkdə bu sahədə təkcə Azərbaycanda deyil, dünyada bu sahə üzrə peşəkar bir mütəxəssis kimi formalaşmağı və bu sahədə ölkəm adına bir ilkə imza atmağı qarşıma məqsəd qoymuşam”.

Mahirə Əsədzadə (Bakı, 162 saylı məktəb):
- “BANM tələbələr üçün böyük şanslar verir, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına önəm verir. Tələbə üçün ən yaxşı seçim olacağını düşünürəm və ətrafımdakı yüksək bal toplayanların da seçimi bu təhsil ocağı olmuşdur”.

Elmir Əhmədov (Bakı, Akademik Zərifə Əliyeva adına lisey):
- “Elmin texniki tərəqqi dövründə avtomatlaşdırmanın nə qədər perspektivli sahə olduğunu izah etməyə ehtiyac yoxdur. Ölkəmizin iqtisadiyyatının və nüfuzunun güclənməsi prosesində iştirak etmək həvəsi həmişə mənimlə olub. Niyə mən məhz BANM-i seçdim? Çünki Bakı Ali Neft Məktəbi tələbələr üçün yaratdığı şərait və geniş karyera imkanları ilə seçilir”.

Abdulla Əsgərzadə (Gəncə, İstək liseyi):
- “Hələ 10-cu sinifdə 1-ci qrupu seçərkən, BANM-i nəzərdə tutmuşdum. BANM Azərbaycanda yüksək reytinqli təhsil müəssisələrindən biridir və eşitdiyimə görə burada beynəlxalq tələblərə uyğun, yüksək səviyyəli tədris həyata keçirilir. İxtisasa gəlincə dəqiq elmlərə, xüsusən fizika və riyaziyyata marağım çox olduğundan fikirləşirəm ki, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçərək öz bilik və bacarığımı bu sahədə göstərə biləcəm”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info