Heydər Əliyev Fondunun dəstəyi ilə məktəblilər Moskvaya səfər ediblər
Tarix: 03.08.2017 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının 1, 2 və 3 saylı uşaq evlərinin bir qrup sakini üçün Moskvada yay istirahəti proqramı təşkil olunub.
Fonddan bildiriblər ki, iyulun 26-dan avqustun 3-dək davam edən səfər müddətində Rusiyanın “Bizim Ev” Ailə Tərbiyəsinə Kömək Mərkəzinin qonağı olan 8-13 yaşlı bakılı uşaqlar və yeniyetmələr Moskvanın müxtəlif görməli yerlərini ziyarət edib, bir-birindən fərqli istirahət, eyni zamanda, əyləncə proqramında iştirak ediblər.
Məktəblilər Moskva zooparkında Avropanın qədim heyvanxanalarından biri ilə tanış olublar. Bakıdakı uşaq evinin sakinləri, həmçinin “Poklonnaya qora”nı ziyarət ediblər. Qonaqlara parkın tarixi barədə geniş məlumat verilib.
“Moskva City” kompleksində müşahidə meydançasında olan məktəblilər buradan paytaxtın gözəl mənzərəsini seyr ediblər.
Qızıl meydan və Aleksandr bağına səfər uşaq evlərinin sakinlərində gözəl təəssüratlarla yadda qalıb. Azyaşlı qonaqlar çayda gəzintiyə də çıxıblar. Rusiyanın əsas okeanariumu -“Moskvarium”da dəniz heyvanlarının şousu isə onlarda böyük marağa səbəb olub.
Tarixi və müasir turizm yerləri barədə maraqlı, ətraflı məlumatlarla müşayiət olunan hər bir gəzinti uşaqlarda gözəl anlar yaşadıb.
“Bizim Ev” Mərkəzinin təşkil etdiyi piknikdə rus mətbəxinin təamlarını dadan uşaqlar həm də “Azərbaycan mətbəxi gecəsi”ndə plov, dolma, qutab və milli mətbəximizin digər ləziz nümunələrini hazırlayıblar.
Maraqlı mədəni və əyləncə proqramından məmnunluqlarını ifadə edən uşaqlar səfərin təşkilinə görə Heydər Əliyev Fonduna, gözəl qonaqpərvərlik göstərən “Bizim Ev” Mərkəzinə təşəkkür ediblər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və vitse-prezidenti Leyla Əliyevanın Azərbaycandakı uşaq evlərinin sakinlərinin təlim-tərbiyəsində, ailə sevgisi ilə əhatə olunmasında rolu xüsusi qeyd edilib. Uşaq evlərinin Fond tərəfindən daim dəstək və qayğı ilə əhatə olunduğu, valideyn himayəsindən məhrum şəxslərin təhsilinə, onların asudə vaxtlarının təşkilinə xüsusi əhəmiyyət verildiyi bildirilib.
Fond tərəfindən bu dəfə Moskvada təşkil olunan proqram uşaqların gözəl istirahət etmələrinə, dünyagörüşlərinin artmasına və yeni dostlar qazanmalarına imkan yaradıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info