Bakıda binanın yerinin dəyişdirilməsi üzrə işlər başa çatıb
Tarix: 01.05.2013 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Niderland şirkəti Füzuli küçəsindəki monumental binanın yerinin dəyişdirilməsi üzrə işləri başa çatdırıb. Bu barədə şirkətin rəhbəri Leon Sveyxers Bakıda mətbuat konfransında deyib.

“Aprelin 23-də başlayan binanın relokasiyası üzrə işlər 4 gün ərzində aparılıb. Tərəfimizdən şirkətin tarixində miqyasına görə ən iri binanın yerinin dəyişdirilməsi həyata keçirilib ki, bu da rekord göstərici olub”-deyə Sveyxers qeyd edib. Binanın çəkisi 18 min tona çatır. Texnoloji proses binanın bir neçə millimetr qaldırılması və binanın altında quraşdırılmış 210 hidravlik qurğunun köməyi ilə binanın yerinin dəyişməsini nəzərdə tuturdu. Binanın başqa yerə keçirilməsi bu qurğuların yerlərini dəyişməsi nəticəsində mümkün olub. Şirkətin qurucusu Herman Bresserin sözlərinə görə, yaxın iki həftə ərzində bina yeni bünövrəsinə oturdulacaq. Bu bünövrə əvvəlkindən daha möhkəmdir. Bresser hesab edir ki, relokasiyanın həyata keçirilməsi ən çətin və dəqiq hesablamalar tələb edən hazırlıq prosesidir. Hesablamalar zamanı binanın yerinin dəyişdirilməsi, eləcə də bundan sonrakı dövrdə onun 8 ballıq zəlzələyə davamlılığı nəzərə alınır.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info