Ermənistan ordusunda xaos
Tarix: 03.08.2017 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Mənfi halların gizlədilməsi üçün əsgər valideynləri hədələnir

Ermənistan ordusunda qeydə alınan sayca ən çox hadisələrdən biri də hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlər zəminində baş verən cinayət hallarıdır. Belə insidentlər zamanı xəsarət alan hərbi qulluqçuların valideynlərinin Ermənistan Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, hadisələrin qarşısını almaq mümkün olmur.
Bu günlərdə Ağdərədə yerləşən işğalçı ordunun hərbi hissələrindən birində iki hərbçi arasında mübahisə baş verib. Təhqirlərə və fiziki təzyiqlərə dözməyən Qalustyan soyadlı əsgər gecə saatlarında, şəxsi heyət istirahət edən vaxt, qaynar suyu yatdığı yerdə onu incidən digər əsgərin üzərinə töküb. Hələlik adı gizlədilən həmin hərbçi baş-boyun hissəsindən müxtəlif dərəcəli ağır yanıqlar aldığından təcili hospitala yerləşdirilib. Son günlər nizamnamədən kənar münasibətlər zəminində baş verən növbəti hadisə zamanı bir neçə erməni hərbçisi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xankəndidəki hərbi hospitala yerləşdirilib.

Son günlər nizamnamədən kənar münasibətlər zəminində baş verən növbəti hadisə zamanı bir neçə erməni hərbçisi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xankəndidəki hərbi hospitala yerləşdirilib

Belə ki, Madagizdə yerləşən hərbi hissələrdən birində xidmət edən iki zabit həddən artıq spirtli içki qəbul edəndən sonra heç bir əsas olmadan əsgərləri döyməyə başlayıb. Hadisə zamanı fiziki təzyiqlərə məruz qalan Razm ik Poqosyan, Armen Yeğizaryan, Mxitar Hayriyan, Samvel Manukyan, Karapet Torosyan adlı gənc əsgərlər ifadə vermək üçün Xankəndidəki baş hərbi istintaq idarəsinə aparılıblar. Daha bir hadisə zamanı “qalx” komandasını yerinə yetirməkdən imtina edən Yervand Qasparyan adlı əsgərin Suvaryan soyadlı manqa komandiri tərəfindən döyülməsi olub. Uşaqlarına qarşı bu cür münasibətdən hiddətlənən valideynləri komandanlığa şikayət ediblər. Lakin yerli komandirlərin hədə-qorxularından sonra əsgərin valideynləri gələcəkdə də övladlarına qarşı bu cür qəddarlığın baş verə biləcəyindən ehtiyat edərək şikayətlərini geri götürmək məcburiyyətində qalıblar. Ermənistan ordusunda olan özbaşınalığa daha bir misal Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində qeydə alınıb. “İqla” daşınan zenit-raket kompleksinin qida blokunu oğurlayıb satmaq istəyən Valodya Sloyan adlı hərbi qulluqçu saxlanılıb. Ələ keçdiyini görən V.Sloyan kompleksin qida blokunu yararsız hala salmağa nail olub. İlkin araşdırma zamanı blokun xarab olduğunu və təmir etdirmək üçün götürdüyünü deyən V. Sloyan sonradan komandirin tapşırıqlarını yerinə yetirmək üçün pul lazım olduğundan qida blokunu satmaq məcburiyyətində qaldığını bildirib. Bu, hərbi sursatın satılması ilə bağlı ilk fakt deyil. Ermənilərin nüvə materialı satmaları ilə bağlı dəfələrlə məlumatlar yayılıb. Bir müddət əvvəl Gürcüstanın dövlət təhlükəsizliyi xidməti Ermənistanın üç vətəndaşını və üç gürcünü nüvə materialını qanunsuz yolla satmaq cəhdinə görə saxlamışdı. Satılması nəzərdə tutulan uran maddəsi 200 milyon ABŞ dollarına təklif edilirmiş. "Onlar cinayətkarlıq faktı əsasında saxlanılıblar. Tutulanlardan birinin evində uran daşınması üçün nəzərdə tutulmuş zavod konteyneri aşkarlanaraq götürülüb. Bu maddənin şüalanma dozası insan orqanizmi üçün olduqca təhlükəlidir"- deyə gürcü xüsusi xidmət orqanlarının yaydığı məlumatda qeyd edilirdi.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info