NATO amerikalı əsgərlərin həlak olduğunu təsdiqləyib
Tarix: 03.08.2017 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Tramp ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanının istefasını tələb edib
NATO-nun Əfqanıstanda fəaliyyət göstərən “Qətiyyətli dəstək” missiyası Qəndəharda hücum nəticəsində 2 amerikalı hərbçinin həlak olduğunu, 4 nəfərin isə yaralandığını təsdiqləyib.
“Tolo News” telekanalının məlumatına görə, hadisə avqustun 2-də səhər saatlarında baş verib. Terrorçu-kamikadze minalanmış avtomobilə Qəndəhar aeroportuna gedən xarici qüvvələrin avtomobil karvanına hücum edib. Xatırladaq ki, ABŞ Əfqanıstanda hərbi əməliyyatlara 2001-ci ildə başlayıb. Sonradan BMT Təhlükəsizlik Şurasının sanksiyası ilə ölkədə NATO-nun rəhbərliyi altında beynəlxalq qüvvələr yerləşdirilib. Onlar “Taliban” hərəkatına qarşı döyüşlər aparıb. 2014-cü ildə NATO-nun hərbi kontingenti Əfqanıstandan çıxarılıb və 2015-ci il yanvarın 1-dən onun yerini “Qətiyyətli dəstək” missiyası tutub. Qeyd edək ki, Prezident Donald Tramp ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanı Con Nikolsonun istefasını tələb edib. Bu barədə NBC telekanalı məlumatlı mənbəyə istinadən xəbər verib. “Biz Əfqanıstanda müharibədə məğlub oluruq. Buna görə, qoşunların rəhbərliyində rotasiyaya ehtiyac var. Biz qalib gəlmirik, uduzuruq”, deyə D.Tramp bildirib. Məlumata əsasən, Tramp, həmçinin ABŞ-ın NATO üzrə müttəfiqlərinin fəaliyyəti ilə bağlı dərin narazılığını ifadə edib.




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Tramp G20 sammitində Putinlə görüşəcəyini təsdiq edib
20.06.2019
Burkina-Fasoda silhalılar 17 nəfəri qətlə yetiriblər
20.06.2019
Avropada PKK əməliyyatı keçirildi
19.06.2019
İdlibdə yaşayış məntəqələrinə hücum olub
19.06.2019
İran ilә Rusiya arasında müqavilәlər imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info