Avropa neft şirkətləri Rusiya ilə necə əməkdaşlıq edir?
Tarix: 03.08.2017 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


BP də “Rosneft”lə işləmək üçün Norveçin “Statoil” şirkətinin sanksiyalardan yayınma taktikasını seçir

Artıq bir neçə ildir ki, dünya neftin qiyməti ilə bağlı yaşananların şahidi olmaqda davam edir. Dünya bazarında neft qiymətinin kəskin aşağı düşməsindən bir çox ölkələr ziyan çəksə də, Rusiyanın neft şirkətləri qiymətlərin aşağı düşməsindən, demək olar ki, ziyan çəkməyib.
Maraqlıdır, ölkənin neft şirkətləri investisiyaların azalmasında, elə də şikayətçi deyillər. Ən maraqlısı isə onların neft hasilatını artırmaqda davam etmək istəkləridir. Nələr baş verir? Bu məsələyə “Reuters” xəbər agentliyinin də yanaşması maraqlıdır. Agentlik Avropanın böyük neft şirkətlərinin heç bir ABŞ sanksiyalarının təsirinə məruz qalmadan rusiyalı həmkarları ilə bu ölkənin neft yataqları layihələrində iştirakına diqqət yetirib. Hələ bir neçə müddət bundan əvvəl, dəqiq desək, 2014-cü ildə ABŞ Rusiyanın neft mənbələrinin qarşısına sipər çəkməyə cəhd etmişdi. Təbii ki, ABŞ belə bir addım atarkən Rusiyanı neftin istehsalında Qərb texnologiyasından məhrum etmək istəyirdi. Lakin, belə görünür ki, bütün bunlar əbəsmiş. Belə ki, Rusiyaya qarşı tətbiq edilən qadağalardan üç il keçməsinə baxmayaraq, bir çox şirkətlər, o cümlədən Norveçin “Statoil” şirkəti “Rosneft”lə əməkdaşlığı davam etdirir. Ən maraqlısı isə Norveç şirkətinin qadağa rejimini pozmamasıdır. Məsələ bundadır ki, ABŞ-ın sanksiya qərarında ancaq “şist qazı” ilə bağlı mənbələrin işlənməsi qeyd edilib. Rusiyaya tətbiq edilən sanksiya qərarında ənənəvi resursların işlənməsi ilə bağlı heş nə qeyd edilməyib. “Rosneft” və “Statoil” şist mənbələri ilə məşğul olmur. Onlar daha dərin qatlarda tədqiqat apararaq neft axtarırlar. Buna isə ABŞ-ın məhdudiyyətləri şamil edilmir. “Reuters” qeyd edir ki, sanksiyalara qədərki dövrdə “Statoil” tərəfindən yayılan press-relizlərdə Rusiyada şist yataqlarının işlənməsindən bəhs olunurdu. Amma sanksiyalardan sonra press-relizlərdə “Rusiyada şist yataqlarının işlənməsi” sözləri çıxarıldı. Bu da şirkəti sanksiyaların təsirinə məruz qalmaqdan xilas edib. “Statoil” şirkətinin nümayəndəsi “Reuters” agentliyinə bildirib: “Biz buna qadağalardan sonra diqqət yetirmək məcburiyyətində qaldıq. Bundan sonra dəqiq termin kimi “əhəng yataqları” terminini əlavə etdik”. “Reuters”in bildirdiyinə görə, “Statoil” şirkətinin davamçısı kimi, İngiltərənin BP şirkəti də belə bir addım atmaq niyyətini gizlətmir. Belə ki, Rusiyaya qarşı tətbiq edilmiş qadağalardan bir neçə ay əvvəl BP şirkəti də “Rosneft”lə bu ölkənin Samara bölgəsində neft yataqlarının işlənməsi ilə bağlı müqavilə imzalayıb. Doğrudur, birgə layihənin nə vaxt başlanması barədə dəqiq məlumat verilmir. BP sözçüsü birgə işlərin başlaması üçün Britaniya hökumətindən razılıq əldə etməyə çalışdıqlarını bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info