Artıq qeydiyyatsız telefonlardan istifadə mümkün deyil
Tarix: 01.05.2013 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Mayın 1-dən etibarən Azərbaycanda mobil telefonların IMEI kodlarının (istehsalçı zavodun verdiyi unikal kod) qeydiyyatı sistemi işə salınıb.
Layihəyə mobil rabitə operatorları və ölkənin dövlət qurumları cəlb edilib. Ölkəyə idxal edilən mobil telefonlara nəzarət və qeydiyyat Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilir. Layihənin tənzimləyicisi qismində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi çıxış edir.
Layihə çərçivəsində mobil rabitə operatorları tərəfindən IMEI kodların informasiya bazasının formalaşdırılması üzrə zəruri işlər görülüb.
Bundan sonra respublika ərazisinə şəxsi istifadə (Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində) üçün idxal edilən mobil telefonları 30 gün ərzində qeydiyyatdan keçirmək lazım olacaq. Bu qaydalar Azərbaycana gələn turist və qonaqlara şamil edilmir. Onların mobil telefonlarına rouminq xidməti göstərilir.
Yeni sistem mobil telefon bazarının vəziyyəti (bazarın həcmi, idxal edilən leqal və qeyri-leqal məshulların sayı) haqqında dəqiq məlumat almağa imkan verir.
Yeni sistemin köməyi ilə Azərbaycanda IMEI kodların qeydiyyatı dərhal bir neçə problemi həll edəcək.
Birincisi, oğurluqdur. Polisdən ərizə kifayət edir ki, operator bir dəqiqəyə telefonu xidmətdən tam kənarlaşdırsın. Bundan sonra ondan istifadə etmək sadəcə mümkün olmayacaq. İkinci problem qeyri-leqal idxaldır. Sərhəddən keçməklə idxal edilən mobil telefonların bütün kodları bazaya yerləşdirilir. Telefonu alan zaman onun IMEI kodunu reyestrlə yoxlamaq lazım olacaq. IMEI kodların yoxlanılması üçün ümumi məlumat bazasına çıxış “Imei.az” saytı vasitəsilə həyata keçiriləcək. Saytda məlumata ümumi çıxış mövcuddur. Məlumatı əldə etmək üçün, həmçinin *1677 informasiya-sorğu xidməti yaradılıb.
Qeydiyyat sistemi Beynəlxalq GSM Assosiasiyasının “vahid qlobal qara siyahısı”na qoşulub ki, bu da dünya səviyyəsində mobil telefonların oğurlanması ilə mübarizə aparmağa imkan verəcək.
Sistem Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) bazasına əsaslanır. MHM-ə mobil rabitə operatorlarının avadanlığı qoşulub. Mərkəz bazalar, həmçinin Dövlət Gömrük Komitəsində və Naxçıvan Muxtar Respublikasında yaradılıb.
Şəxsi istifadə üçün respublikaya idxal ediləcək mobil telefonların qeydiyyatı xidməti pulsuz həyata keçiriləcək.
Mayın 1-dək operatorların şəbəkəsində istifadə edilən mobil telefonlar avtomatik olaraq “ağ siyahı”ya qoşulub.
Bu gündən etibarən, həmçinin “qara siyahı” işə salınacaq. Bu siyahıya oğurlanan mobil telefonlar və oxşar IMEI kodları olan qurğular və digər ölkələrdə oğurlanan mobil telefonların IMEI kodları daxil edilib. Müvafiq olaraq, onların operatorların şəbəkəsində işi qeyri-mümkün olacaq.
Həmçinin “boz siyahı” işə salınıb. Bu siyahıya operator şəbəkələrinə qoşulmuş yeni telefonlar haqqında məlumat daxil ediləcək. Həmin telefonların sahibləri öz qurğularını 30 gün ərzində qeydiyyatdan keçirməlidirlər.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
16.08.2019
DOST mərkəzinə 25 000-ci vətəndaş müraciəti qeydə alınıb
16.08.2019
900-dən çox adam daimi yaşamaq üçün Azərbaycana gəlib
16.08.2019
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info