Kəngərlidə istedadlı qadınların 370-dək əl işi satışa çıxarılıb
Tarix: 04.08.2017 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Kəngərli rayonunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun istedadlı qadınlarının əl işlərindən ibarət sərgi-satış təşkil olunub.
Sərginin açılışında Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək Azərbaycan qadınının tarixboyu cəmiyyətin aparıcı qüvvəsi kimi ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini, öz iradəsi, mərdliyi, sədaqəti ilə seçildiyini, adət-ənənələrimizin, milli və mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadığını bildirib. Qeyd olunub ki, bu gün də Azərbaycan qadınları öz dərin zəkası ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət edir, müstəqil respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının inkişafına öz töhfələrini verirlər.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Göstərilən dövlət qayğısı nəticəsində muxtar respublikanın hər yerində olduğu kimi, Kəngərli rayonunda da qadınların həyatın bütün sahələrində fəal iştirakının təmin olunması üçün əlverişli şərait yaradılıb.
Vurğulanıb ki, rayonda yaşayan istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışın təşkil olunmasında məqsəd qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaq və yaşatmaqdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək deyib ki, milli varlığımızın ifadəsi olan çoxəsrlik ailə dəyərlərimizin, adət-ənənələrimizin yaranmasında Azərbaycan qadınının misilsiz xidmətləri olub. Bu amil daim yüksək qiymətləndirilir, bu gün həyata keçirilən dövlət qadın siyasətinin tərkib hissəsi olaraq istedadlı qadınların fəaliyyətlərinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Muxtar respublikada mövcud olan şərait, mədəni mühit qadınların zəngin potensialını gerçəkləşdirməsi üçün əlverişli zəmin yaradır. Bu, daimi səciyyə daşımaqla, bütövlükdə, qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verir. Əminik ki, Kəngərli rayonunun qadınları yaradılan bu imkandan istifadə edərək, bundan sonra da adətlərimizi, ailə dəyərlərimizi yaşadacaq, milli dəyərlərimizin qorunmasına töhfələrini verəcəklər.
İstedadlı qadınlardan Aysel Həsənli çıxış edərək göstərilən diqqət və qayğıya görə Kəngərli rayonunun qadınları adından dərin minnətdarlığını bildirib.
Sonra sərgi-satışa baxış olub. Sərgi-satışda rayon üzrə 35 qadının 370-dək əl işinin satışı təşkil edilib. Sulu və yağlı boya ilə işlənən tablolar, milli geyimlər, toxuculuq və dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info