Yapon iş adamlarının Azərbaycana marağı artıb
Tarix: 04.08.2017 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


“Cross Border Club” şirkətinin təşkilatçılığı ilə Yaponiyanın Fukuoka şəhərində yerli iş adamları üçün Azərbaycanla bağlı növbəti biznes seminar keçirilib.
Şirkətin prezidenti, Bakıda keçiriləcək Yaponiya qida məhsulları sərgisinin təşkili üzrə işçi qrupun sədri Kazuyasu İşida seminar iştirakçılarına Azərbaycanın iqtisadiyyatı, biznes mühiti ilə bağlı ətraflı məlumat verib. Zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf etdiyi, eyni zamanda ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafına xüsusi diqqətlə yanaşdığı, iqtisadiyyatın şaxələndirilməsi üçün çoxsaylı layihələrin həyata keçirildiyi vurğulanıb. Qeyd olunub ki, son illər yapon iş adamlarının da Azərbaycana marağı artıb. Yaponiyanın iri şirkətləri ilə yanaşı, kiçik və orta sahibkarlar da Azərbaycanla iqtisadi əməkdaşlıq əlaqələri qurmağa çalışırlar.
Seminarda 2014-cü ilin noyabrında Bakıda ilk dəfə Yaponiya məhsullarının sərgisinin təşkil edildiyi və bu tədbirin böyük maraqla qarşılandığı barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda ilk sərginin böyük uğuru yapon iş adamlarını növbəti sərginin təşkilinə ruhlandırıb. Cari il oktyabrın 27-28-də Bakı Biznes Mərkəzində Yaponiya qida məhsullarının sərgisinin təşkili qərara alınıb.
Tədbirdə Azərbaycanın uğurları ilə dünyanın diqqətini özünə cəlb etdiyi, burada beynəlxalq səviyyəli tədbirlərin, musiqi və idman yarışlarının təşkilinin artıq ənənə halı aldığı qeyd edilib. Fukuoka iş adamları Azərbaycanla bağlı layihələrdə, o cümlədən qida məhsulları sərgisində fəal iştiraka dəvət olunub.
Sonda yapon iş adamlarının ölkəmizlə bağlı sualları cavablandırılıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info