“Azərsu” 4 ərazidə yağış sularının kənarlaşdırılması ilə bağlı işləri yekunlaşdırıb
Tarix: 04.08.2017 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


“Azərsu” ASC-nin Abşeron yarımadasının müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi çərçivəsində artıq 4 ərazidə - Böyükşor gölü, Ramana Südçülük Sovxozu və Binəqədi şosesi və Ə.Əliyev küçəsində tikinti-quraşdırma işləri başa çatdırılıb, digər istiqamətlərdə layihələrin icrası davam etdirilir.
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qısa müddətdə tikintisi nəzərdə tutulan 21,5 km kanalizasiya kollektorlarının 11,5 km-lik hissəsi inşa edilib. Binəqədi şosesi boyu yağış sularının kənarlaşdırılması məqsədilə müxtəlif diametrli borularla 2,8 km uzunluğunda kollektor tikilib. Bununla da intensiv yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni inşa olunmuş kollektorla Böyükşor gölünə axıdılacaq. Eyni zamanda Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi layihəsi çərçivəsində 1,5 km uzunluğunda kanalizasiya kollektorunun tikintisi yekunlaşıb. Bu layihə çərçivəsində digər infrastrukturların yaradılması işləri həyata keçirilir.
Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi məqsədilə işlərin birinci mərhələsi yekunlaşıb. Göldə su səviyyəsinin tənzimlənməsi üçün 1000-1200 millimetr diametrli borularla 4,7 km kollektor tikilib. Suyun səviyyəsi azaldıqdan sonra növbəti mərhələdə kollektor gölün içərisinə doğru daha 200 metr uzadılacaq və burada sugötürücü kamera tikiləcək.
Ramana Südçülük Sovxozunun ərazisində yağış sularının kənarlaşdırılması məqsədilə 1 km uzunluğunda kanalizasiya kollektorunun inşası yekunlaşıb.
Hazırda digər layihələr üzrə də işlər davam etdirilir. Cari ilin sonuna qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin tam başa çatdırılması planlaşdırılır. Bu layihələrin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq. Eyni zamanda bir sıra göllərdə suyun səviyyəsinin tənzimlənməsi göllərin daşması və yaşayış evlərinə ziyan vurması təhlükəsini aradan qaldıracaq.
Qeyd edək ki, Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə cari ilin dövlət büdcəsindən “Azərsu” ASC-yə 14,7 mln. manat vəsait ayrılıb.
İcra olunan layihələr:
1. Ziya Bünyadov prospekti boyu kollektorun tikintisi.
2. Nərimanov rayonu Əliyar Əliyev küçəsi boyu kollektorun tikintisi.
3. Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi.
4. Binəqədi şosesi boyu kollektorun tikintisi.
5. Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi boyu kollektorun tikintisi.
6. Sabunçu rayonu ərazisində kollektorun tikintisi.
7. Məhəmmədi gölündə su səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi.
8. Taşağıl və Böyükşor gölünün su səviyyəsinin saxlanılması və su keyfiyyətinin yaxşılaşdırılması üçün sistemlərin tikintisi.
9. Sabunçu rayonu “Şuşa” şəhərciyi ərazisində yağış suları kollektorunun tikintisi.
10. Ramana Südçülük Sovxozunun ərazisində yağış suları kollektorunun tikintisi.
11. Yasamal rayonu Əhməd Cəmil küçəsi boyu yağış suları kollektorunun tikintisi.
12. Xətai rayonu Yusif Səfərov küçəsi boyu yağış suları kollektorunun tikintisi.
13. Xətai rayonu Kazımağa Kərimov küçəsi boyu yağış suları kollektorunun tikintisi.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info