Xaçmazın Qıraqlı kəndində yeni subartezian quyusu istifadəyə verilib
Tarix: 04.08.2017 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Avqustun 4-də Xaçmaz rayonunun Qıraqlı kəndində sakinlərin suvarma və içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə yeni subartezian quyusu istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər son illər respublikada, o cümlədən Xaçmaz rayonunda gedən sosial-iqtisadi inkişafdan, o cümlədən suvarma və içməli suya olan tələbatın ödənilməsi sahəsində görülən işlərdən danışıblar.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq, son illər Xaçmaz rayonunda 15 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.
Yeni qazılan subartezian quyusu isə 600 nəfərə yaxın sakini olan Qıraqlı kəndinin suya olan tələbatını tam ödəyəcək. Yaxın günlərdə rayonun Mirzəmmədkənd və Tikanlıoba kəndlərində də yeni subartezian quyuları əhalinin istifadəsinə veriləcək.
Bildirilib ki, dövlətimizin başçısının bu il iyunun 5-də imzaladığı növbəti sərəncama əsasən, 2017-ci ildə respublikamızın 36 şəhər və rayonunda 150, o cümlədən Xaçmaz rayonunun kəndlərində 3 subartezian quyusunun qazılması nəzərdə tutulur. Həmin yaşayış məntəqələri Yeni Həyat qəsəbəsi, Çarxı və Suxtakələ kəndləridir.
Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info