“SOCAR İzmirdə yeni zavod qurmaq istəyir”
Tarix: 04.08.2017 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


“SOCAR “Petkim” neft-kimya holdinqi kimi yeni bir zavod qurmaq istəyir”. “Aliagaekspres.com.tr” xəbər verir ki, bunu Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü deyib.
“Hazırda Türkiyə 11 milyard dollarlıq neft-kimya məhsulları idxal edir. İzmirdə “Petkim” neft-kimya holdinqi kimi yeni bir zavod qurmaq istəyirik. Bunun üçün investisiya özəl sektor tərəfindən təmin ediləcək, biz isə ərazini ayıracağıq. Türkiyənin neft-kimya sektorunda ciddi kəsir var. Hazırda SOCAR tərəfindən İzmirin Əliağa rayonunda “Star” neft emalı zavodu qurulur. Bazarın daxili tələbatı illik istehsal gücü 3,5 ton olan “Petkim”dən 4 dəfə çoxdur. “Chemport” adlı yerli şirkət yeni qurulacaq zavodun texniki-iqtisadi əsaslandırmasını hazırlayıb və bizə təqdim edib. SOCAR isə yeni bir “Petkim” qurmaq istəyir”, - deyə nazir əlavə edib. “SOCAR Turkey Enerji A.Ş.”-nin (STEAŞ) xarici əlaqələr üzrə rəhbəri Murat LeCompte isə deyib ki, SOCAR Türkiyədəki layihələrinə ümumilikdə 19,5 milyard dollar investisiya qoyuluşu həyata keçirəcək: “SOCAR Türkiyənin ən böyük xarici investorlarındandır. 2008-ci ildə “Petkim”i alaraq Türkiyədəki bazarına daxil olan SOCAR bu ölkədəki fəaliyyətini “SOCAR Turkey” vasitəsilə həyata keçirir. STEAŞ-ın məqsədi Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə bu ölkəni dünyanın ən mühüm enerji dəhlizlərindən birinə çevirməkdir”. M.LeCompte qeyd edib ki, “SOCAR Turkey”in şirkətləri və layihələri sırasında “Petkim”, “Petlim”, 2018-ci ildə fəaliyyətə başlayacaq “Star” neft emalı zavodu və yenə həmin il ilk qaz nəqlinin reallaşacağı TANAP kimi nəhəng investisiyalar var. İnvestisiyaların məbləği hazırda 12,6 milyard dollara çatıb. Ümumi investisiya qoyuluşu isə 19,5 milyard dolları keçəcək.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info