Bitmək bilməyən neft və qaz savaşı
Tarix: 04.08.2017 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Fransa Senatının üzvü İv Poçço di Borqo Avropa şirkətlərini ABŞ-dan sıxılmış qaz almaqdan imtina etməyə çağırıb
Avropa şirkətləri ABŞ-dan sıxılmış qaz almaqdan imtina edə bilərlər. Belə bir təşəbbüslə Fransa Senatının üzvü İv Poçço di Borqo çıxış edib. Fransalı deputat təklif edir ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab olaraq Avropa da Birləşmiş Ştatlardan qaz alınmasını dayandırmalıdır. Di Borqo hesab edir ki, Vaşinqton bu sanksiyalarla Rusiyanı bazardan çıxarmaq və öz qaz ixracını artırmağı planlaşdırır. ABŞ-ın sanksiya qərarında Rusiya şirkətləri ilə əməkdaşlıq edən digər ölkə şirkətlərinin cəzalanması məsələsi də yer alıb. Bu isə Avropa şirkətlərinin maraqlarına toxunur.
Ona görə də Avropa İttifaqı sanksiyalardan narazıdır. Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker bildirib ki, əgər, sanksiyalardan qitə şirkətləri zərər çəkərsə, “sadəcə bir neçə gün ərzində adekvat addımlar atılacaq”. Fransa Senatının üzvü İv Poçço di Borqo isə Avropa İttifaqını bu məsələdə bir az cəsarətli olmağa çağırıb. Avropa mətbuatı yazır ki, son sanksiya qərarı Almaniyanın “Wintershall”, “Uniper”, Fransanın “Engie” və Avstriyanın OMV şirkətlərini təzyiq qarşısında qoya bilər. Onların hamısı Rusiyanın Ukrayndan yan keçən “Şimal axını-2” layihəsində iştirak edirlər. İv Poçço di Borqo hesab edir ki, ABŞ bu qərarla beynəlxalq hüquqdan kənara çıxıb: “Onlar hər dəfə çox gözəl sözlər olan azadlıq və müdafiədən bəhs edirlər. Amma reallıqda ancaq ticarət maraqlarını güdürlər. Onların çoxlu sıxılmış qaz ehtiyatı var və onu satmağa çalışırlar. Ən böyük qaz ehtiyatı Qətər və İranda yerləşir. Onlar Səudiyyə Ərəbistanını məcbur edirlər ki, Qətərə sanksiya tətbiq etsin. Avropaya Ukraynadan qaz ixracında problem yarandıqdan sonra əsas diqqət “Şimal axını” layihəsinə yönəldi. İndi isə amerikalılar “Şimal axını” layihəsini sanksiyaya məruz qoyurlar. Avropanın bir az cəsarəti olsa, ABŞ-dan çıxılmış qaz almağı dayandırar. “Şimal axını”nında iştirak edən “Engie" ABŞ-dan sıxılmış qaz alır. Buna son qoyulmalıdır. Bir az cəsarətli olmaq lazımdır. Amerikalılar görsələr ki, pul itirirlər, o dəqiqə düşünməyə başlayacaqlar”.

Qlobal neft ticarəti üçün həlledici əhəmiyyətə malik Hörmüz boğazı 2016-cı ildə də beynəlxalq dəniz yollarında ən çox neft nəqliyyatının aparıldığı keçid məntəqəsi olub

Avropanın siyasi elitası sanksiya qərarından narazıdır. Almaniyanın iqtisadiyyat naziri Briqitta Çipris qeyri-rəsmi şəkildə narazılığını ifadə edib. Fransa XİN də dolayı yolla olsa da narazılığını ortaya qoyub. Finlandiya prezidenti Sauli Niynitse sanksiyaları “müttəfiqlərin hesabına qazanmaq” kimi dəyərləndirib. Amma ekspertlər hesab edir ki, Avropanın narazılığının məntiqi nəticəsi olmayacaq. İspaniya parlamentinin üzvü Manolo Monero bildirib ki, Avropa İttifaqı bu məsələdə öz maraqlarına uyğun siyasət həyata keçirmək iqtidarında deyil. Yeri gəlmişkən, qeyd edək ki, ötən il dünyada ən çox neft Hörmüz boğazı ilə daşınıb. Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, Fars və Oman körfəzləri arasında yerləşən və qlobal neft ticarəti üçün həlledici əhəmiyyətə malik Hörmüz boğazı 2016-cı ildə də beynəlxalq dəniz yollarında ən çox neft nəqliyyatının aparıldığı keçid məntəqəsi olub. Hörmüz boğazı qlobal neft ticarətində strateji əhəmiyyətə malik digər dəniz keçid məntəqələrini geridə qoyaraq 6 il ard-arda ilk sırada yer alıb. Keçən il Hörmüz boğazından gündəlik orta hesabla 18,5 milyon barrel neft ötürülüb. EIA-nın məlumatına görə, Səudiyyə Ərəbistanı, İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri kimi zəngin neft ehtiyatlarına malik ölkələr tərəfindən hasil edilən neftin təxminən 80 faizi Hörmüz boğazından keçərək Asiya bazarına göndərilib. Bu ölkələrdə hasil edilən neft Çin, Yaponiya, Koreya Respublikası, Hindistan və Sinqapur kimi enerji tələbatı yüksək olan ölkələrə çatdırılıb. Malayziya yaxınlığındakı Malakka boğazı isə 2016-cı ildə qlobal neft daşınmasında ən çox neftin ötürüldüyü ikinci marşrut olub. Hind və Sakit okeanları arasında yerləşən və strateji əhəmiyyətə malik Malakka boğazında ötən il gündəlik orta hesabla 16 milyon barel neft ixracı həyata keçirilib. Aralıq dənizini Qırmızı dənizə bağlayan və gündəlik orta hesabla 5,5 milyon barel neftin nəqlinin həyata keçirildiyi Süveyş kanalı da qlobal neft ticarətində ən çox istifadə edilən üçüncü məntəqə olub. Neft nəqliyyatının digər mühüm keçid nöqtəsi isə Qırmızı dənizi Ədən Körfəzinə bağlayan və Afrika qitəsi ilə Ərəbistan yarımadasını bir-birindən ayıran Mendep boğazı olub. Ötən il gündəlik orta hesabla 4,8 milyon barel neft nəqliyyatı edilən boğaz, dünya miqyasında ən çox neft daşınan dördüncü marşrut olub. Şimali Avropada Baltik dənizini Şimal dənizinə bağlayan Danimarka boğazı isə ötən il gündəlik orta hesabla 3,2 milyon barel neft ticarətinin aparıldığı beşinci məntəqə olub. Türkiyənin Bosfor və Dardanel boğazlarından keçən il gündəlik orta hesabla 2,4 milyon barel neft ötürülüb. Beləliklə də, bu boğazlar 2016-cı ildə qlobal neft nəqliyyatı aparıldığı altıncı keçid məntəqəsi olub. Bosfor və Dardanel boğazlarında 2011-ci ildə gündəlik orta hesabla 2,9 milyon barel neft nəql edilib, bu göstərici ötən il 17 faiz azalıb.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info