Dünyada taxıl, şəkər və süd məhsullarının qiyməti artıb
Tarix: 05.08.2017 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Qlobal ərzaq qiymətləri iyul ayında artaraq yüksəlişini davam etdirib. İyulda artımın əsas səbəbi taxıl, şəkər və süd məhsullarının yüksələn qiymətləri olub.
Beynəlxalq bazarlarda taxıl, bitki mənşəli yağ, süd məhsulları, ət və şəkərdən ibarət beş əsas ərzaq məhsulunun qiymətləri və ticarətini əsasında təyin olunan FAO Ərzaq Qiymət İndeksi iyul ayında 179,1 balla ölçülüb. Bu dəyər, 2015-ci ilin yanvar ayından bu yana ən yüksək qiymət olub. Bu isə 2017-ci ilin iyun ayına görə 2,3 faiz, keçən ilin eyni dövrünə görə isə 10,2 faiz artım deməkdir. FAO Taxıl Qiymət İndeksi iyulda 5,1 faiz yüksəlib. İndeks son üç aydan bəri davamlı şəkildə artarkən, burada buğda və düyünün qiymətləri daha təsirli olub. İsti və quru hava Şimali Amerikada buğda məhsuluna ciddi təsir edib ki, bu da buğdanın qiymətlərini artırıb. Mövsümlə bağlı düyünün qiyməti arsa da, qarğıdalının qiyməti sabit qalıb. FAO Süd Məhsulları Qiymət İndeksi kərə yağı, pendir və yağlı süd tozunun yüksək qiymətləri səbəbi ilə iyulda 3,6 faiz dəyər qazanıb. Sıx şəkildə ixracın mövcud olması kərə yağı qiymətlərini iyulda yüksəldib. FAO Şəkər Qiymət İndeksi isə yeni ildən bu yana ilk dəfə aylıq olaraq yüksəlib. Braziliya valyutasını dəyər qazanması şəkərin qiymətindəki artımın əsas səbəbidir. Son artıma baxmayaraq şəkər qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz aşağıdır. FAO Bitki mənşəli Yağ Qiymət İndeksi iyun ayına görə 1,1 faiz düşərək 2016-cı ilin avqust ayından indiyədək ən aşağı səviyyədədir. FAO Ət Qiymət İndeksi sabit qalıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info