“İran qazının Ermənistan ərazisi ilə ixracı mümkün deyil”
Tarix: 05.08.2017 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Poqosyan:
“ABŞ İran qazının Gürcüstan ərazisindən tranzitinə imkan verməz”

“İran qazının Ermənistan vasitəsilə ixracı proqramının həyata keçirilməsi dövlətlərin siyasi maraqlarına uyğun olmalıdır”.
Bu sözləri İnsan İnkişafı üzrə Beynəlxalq Mərkəzin direktoru, sabiq deputat Tevan Poqosyan “Tert.am” saytına açıqlamasında deyib. O, qeyd edib ki, İran qazının tranzit kimi Ermənistandan ixracı olunması ilə bağlı danışıqlara hələ 2002-2003-cü illərdə başlanıls da bunu reallaşdırmaq mümkün olmayıb: “Hər halda biz əməliyyatın iqtisadi komponentləri ilə yanaşı, onun əsas siyasi komponentlərini də nəzərə almalıyıq. Bunları nəzərə alaraq, bildirməliyəm ki, ancaq siyasi maraqlar üst-üstə düşəcəyi təqdirdə proqram üzərində işləmək mümkündür. Yalnız bundan sonra iqtisadi komponentlər mövcud olacaq”. Sabiq deputata görə, İran Respublikasından çəkilən qaz kəməri Ermənistanın dənizə çıxışı olmadığından başqa ərazi ilə davam etdirilməlidir: “Təbii ki, Türkiyə və Azərbaycanla olan məlum problemi nəzərə alaraq bu ölkələri həmin proqrama daxil edə bilmərik. Gürcüstan dövlətinin isə bu sahədə özəl maraqları mövcuddur. Məgər, Gürcüstan Amerika Birləşmiş Ştatlarının təzyiqinə qarşı çıxaraq bu proqramla razılaşarmı? Başqa bir sual- ABŞ İran qazının Gürcüstan ərazisindən tranzitinə imkan verərmi? Digər reallıq isə odur ki, Gürcüstanın belə bir addımı müqabilində Türkiyə-Azərbaycan tandeminin təzyiqi altında düşə bilər. Bu məsələyə Rusiya da razılıq verməz. Doğrudur, bu gün İranla Ermənistan arasındakı münasibətlər yüksək səviyyədədir. Amma nəzərə almalıyıq ki, bizim Avrasiya İqtisadi Birliyindən imtina etməyimiz, ölkəni bir sıra siyasi problemlərlə üz-üzə qoya bilər”. Ekspert qeyd edib ki, Gürcüstan bu gün Azərbaycan və Türkiyə ilə yanaşı Qərbdən də asılıdır: “Amma unudulmamalıdır ki, Qərb təkcə Avropadan ibarət deyil. Bu gün Avropa Birliyinə üzv olan ölkələrin nümayəndələri ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni qadağalar paketinə qarşı səslərini qaldırmağa başlayıblar. Avropa Birliyi Rusiya qazından asılılığı zəiflətmək üçün İranı alternativ kimi qəbul edə bilər. Amma onlar bu imkandan yararlanmır. Çünki bu halda Gürcüstan ABŞ-ın təzyiqi ilə üzləşəcək”. Poqosyana görə, enerji, neft və qaz boru kəmərləri ilə əlaqədar məsələ ilk olaraq siyasi və daha sonra iqtisadi önəm kəsb edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info