500 ailə içməli su ilə təmin olunub
Tarix: 01.05.2013 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın “Oksfam” beynəlxalq humanitar təşkilatının Azərbaycan nümayəndəliyi 2009-2013-cü illərdə həyata keçirilən “İctimai xidmətlərin (təmiz su təchizatı) çatdırılmasında Mərkəzi Aran-Qarabağ zonasında 20 bələdiyyənin bilik və bacarıqlarının artırılması” layihəsinin başa çatması ilə bağlı yekun konfrans keçirdi.
“Azərbaycanda bələdiyyələrin yerli səviyyədə içməli su xidmətini idarəetməsi” mövzusunda keçirilən tədbirdə çıxış edən “Oksfam”ın Azərbaycan nümayəndəliyinin direktoru Şövkət Əlizadə bildirdi ki, kənd əhalisini içməli su ilə təmin etməyə yönəlmiş layihə 3 il müddətində Bərdənin 8, Ağcabədinin 1, Tərtərin 2 kəndində həyata keçirilib. O bildirdi ki, layihə vasitəsilə kəndlərdə 500 ailənin (3000 nəfər) içməli suya çıxışı təmin olunub və içməli su infrastrukturu idarəetmə və istismar üçün bələdiyyələrə təhvil verilib: “Layihə çərçivəsində 11 kənddə içməli su infrastrukturu qurulub və təmir edilib, bələdiyyələr üçün 20-dən çox təlim təşkil olunub, suyun qənaətli istifadəsi üçün sayğaclar quraşdırılıb. Konfransın da məqsədi kənd yerlərində içməli su təminatının bələdiyyələr tərəfindən idarə edilməsi zamanı əldə edilmiş biliklərin geniş ictimaiyyətlə bölüşdürülməsi və Azərbaycanda içməli su təsərrüfatının idarə olunması sahəsində islahatların aparılmasına töhfə verməkdir”.
Avropa Birliyinin Azərbaycan nümayəndəli yinin əməkdaşı Federiko Berno layihənin əhəmiyyətindən danışaraq bildirdi ki, BMT-nin 2000-ci ildə qəbul etdiyi “Minilliyin İnkişaf Məqsədləri” adlı Bəyannamədə dünya birliyinin götürdüyü öhdəliklərdən biri məhz əhalinin içməli su təminatının yaxşılaşdırılmasıdır. Həmin öhdəliyə əsasən dünyada keyfiyyəti təmin edilmiş içməli suya çıxışı olmayan əhalinin sayı iki dəfə azaldılmalıdır. Bəyannaməyə uyğun olaraq, BMT 2015-ci ilin sonunadək dünya əhalisinin ən azı 92 faizinin yaxşılaşdırlmış içməli su mənbəyinə çıxışının təmin olunacağını bəyan edib. Aparılan tədqiqatlardan aydın olur ki, keyfiyyəti təmin edilmiş su mənbələrinə çıxışı olmayan əhalinin əhəmiyyətli hissəsi inkişaf etməkdə olan ölkələrdə və üçüncü dünya ölkələrində yaşayır. Məsələn, ölkələr və regionlar üzrə monitorinqin nəticələrinə görə, keyfiyyətli və təhlükəsiz suya çıxışı olmayan dünya əhalisinin 40 faizi Afrika ölkələrinin payına düşür. Hazırda Çində 119 milyon nəfərin keyfiyyətli və təhlükəsiz su mənbələrinə çıxışı yoxdur. Hindistanda bu rəqəm 97 milyon, Nigeriyada 66 milyon, Efiopiyada 46 milyon nəfər təşkil edir. Bildirildi ki, “Minilliyin İnkişaf Məqsədləri”nə uyğun olaraq, keyfiyyətinə zəmanət verilən su mənbələrinə çıxışı olmayan əhalinin sayının 2 dəfə azaldılmasına nail olmaq üçün ən azı 9,5 milyard dollar investisiya tələb olunur: “Təsadüfi deyil ki, BMT-nin Baş Assambleyası 2005-2015-ci illəri “Həyat üçün su” devizi altında fəaliyyət dövrü elan edib. Artmaqda olan dünya əhalisi bir tərəfdən getdikcə içməli su qıtlığından daha çox əziyyət çəkirsə, digər tərəfdən keyfiyyətsiz sudan istifadə etməklə müxtəlif xəstəlikləərə düçar olur. DST və YUNİSEF-in araşdırmalarının nəticələrinə görə, dünyada kənd əhalisinin içməli su təminatı və sanitariya şəraiti daha dözülməz vəziyyətdədir. Hazırda dünyada keyfiyyəti yaxşılaşdırılmış və təhlükəsiz içməli su mənbələrinə çıxışı olmayan hər 10 nəfərdən 7-si məhz kənd sakinləridir. Azərbaycanda insanların ehtiyaclarının təmin edilməsi və müvafiq tələblərə cavab verilməsi üçün çox vacib olan bu layihə uğurla icra olunub və gələcək üçün ümid verir”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev bildirdi ki, kənd ərazilərində içməli su təminatında bələdiyyələrin rolu mühümdür. Lakin bu istiqamətdə bəzi problemlər var və bu sahədə bələdiyyələrin fəallığının, səlahiyyətlərinin artırılması həmin problemlərin aradan qaldırılmasına imkan verə bilər.
Tədbirdə çıxış edən millət vəkili Zahid Oruc da insanların içməli suya olan tələbatının ödənilməsi istiqamətində dövlət tərəfindən müvafiq işlərin həyata keçirildiyini bildirdi. O qeyd etdi ki, bu işlərə ayrı-ayrı qeyri-hökumət təşkilatları tərəfindən də lazımi dəstəyin verilməsi müsbət nəticələrin daha tez əldə olunmasına gətirib çıxarır: “Bələdiyyələr üzərinə bu məsuliyyətin qoyulması üçün ilk növbədə səlahiyyətlər verilməlidir. İlk növbədə, qanunvericilik bazası yaradılmalıdır. Mükəmməl hüquqi çərçivə əsasında o fəaliyyətin həyata keçməsi üçün maliyyə mənbələri müəyyənləşdirilməlidir. Bundan sonra artıq bələdiyyə qurumlarının işidir ki, onlar bu vəzifələri həyata keçirmək üçün su təsərrüfatı müəssisələri yaratsınlar. Sudan istifadə ilə bağlı bəzi problemlər var və bu da ondan ibarətdir ki, biz sudan “su” kimi istifadə etmişik. Qarşıdakı dövrdə parlament üzərinə çox böyük məsuliyyət düşür ki, bu məsələnin ciddiliyini qəbul etdirə bilsin. Çünki ölkəmiz cəmi 10 faiz su resurlarına malikdirsə biz bu mənbələri qənaətlə istifadə etməliyik. Hökumətin gələcək içini müəyyənləşdirmək üçün bu tədbirlər önəmlidir. Bütün məsələlər müvafiq qurumlar tərəfindən normal, düzgün təqdim olunduğu təqdirdə gələcək dövr üçün ölkənin yeni dövlət su proqramları meydana çıxacaq və həmin məsələlərdə köklü dəyişikliklərə yol açacaq.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
16.09.2019
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldü
16.09.2019
“Əsrin müqaviləsi” Azərbaycanın maraqlarına tamamilə cavab verirdi
16.09.2019
“Azərbaycanla qardaşlıq əlaqələri daha yüksək səviyyəyə qaldırılmalıdır”
16.09.2019
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Estoniyada uğur qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info