İpəkçiliyin inkişafında barama toxumçuluğunun təşkili xüsusi əhəmiyyət daşıyır
Tarix: 07.08.2017 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısı Şəki-Zaqatala bölgəsində kənd təsərrüfatının digər sahələri ilə yanaşı, baramaçılığın inkişaf etdirilməsi üçün də çox yaxşı ənənə və böyük potensialın olduğunu diqqətə çatdırıb. İpəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkilinin böyük əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev bu sahədə xarici bazarlardan asılılığın azaldılması və aradan götürülməsinin, lazım olan bütün materialların Azərbaycanda yetişdirilməsinin vacibliyini önə çəkib. Dövlətimizin başçısı bildirib ki, Qax Damazlıq İpəkçilik Stansiyasının yenidən qurulması və ən yüksək avadanlıqla təchiz edilməsi üçün artıq Prezidentin ehtiyat fondundan 4,5 milyon manat vəsait də ayrılıb.
Respublika müşavirəsinin iştirakçısı, Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev AZƏRTAC-a müsahibəsində bu sahədə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Direktor bildirib ki, stansiyanın layihə-smeta sənədlərinin hazırlanması işi artıq başa çatıb və avqustun ikinci ongünlüyündə tikinti işlərinə başlanılacaq. Yenidənqurma işləri zamanı stansiyanın ərazisində olan bina əsaslı təmir olunacaq, ərazidə əlavə istehsal korpusu, həmçinin inzibati bina və yardımçı tikililər inşa ediləcək. Stansiyada Çin Xalq Respublikasından gətiriləcək ən müasir avadanlıq quraşdırılacaq. Stansiya istifadəyə verildikdən sonra burada super-elit, elit və hibrid barama toxumları yetişdiriləcək.
Əkrəm Fətəliyev bildirib ki, son illər kümçülərin damazlıq barama toxumu ilə təmin edilməsi Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulan toxumlardan alınan ipəkqurdunun hesabına həyata keçirilib. Stansiya müasir standartlara uyğun yenidən qurudulqdan sonra daha xaricdən toxum gətirməyə ehtiyac qalmayacaq və bu işlər stansiyanın özündə təşkil olunacaq.
Direktorun sözlərinə görə, stansiya tam gücü ilə işlədikdə, burada 40 min qutu ipəkqurdu toxumu hazırlamaq mümkündür.
Xatırladaq ki, barama istehsalçılarını ipəkqurdu toxumu ilə təmin etmək üçün cari mövsümdə Çin Xalq Respublikasından ölkəmizə 6 min qutu ipəkqurdu toxumu gətirilib.
Əkrəm Fətəliyev onu da qeyd edib ki, baramaçılığın gələcək inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədi ilə ötən il Çin Xalq Respublikasından ölkəmizə gətirilən 1,5 milyon tut tinginin 20 min ədədi stansiyanın yaxınlığında əkilib. Tinglərin bitişi normaldır və gələn mövsümdən etibarən onlardan istifadə etmək mümkün olacaq.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info