Azərbaycan ilə İranın həmrəyliyi digər dövlətlər üçün nümunədir
Tarix: 07.08.2017 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


“Bu gün İslam aləminin həmrəyliyə böyük ehtiyacı var və bu həmrəyliyə nail olmaq üçün Azərbaycan Prezidenti düşünülmüş addım ataraq 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edib. Azərbaycan ilə İranın həmrəyliyi digər dövlətlər üçün nümunədir”. Bu sözləri İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosasiyasının baş katibi Ayətullah Möhsün Əraki deyib.
M.Əraki bildirib ki, İslam dünyasının həmrəyliyi terrorçuluq və dini radikalizmin qarşısını ala bilər. Dünyada baş verən siyasi proseslərə nəzər salsaq görərik ki, müsəlman xalqları dini və milli zəmində baş verən münaqişələrdən əziyyət çəkirlər. Terrorçuluğu dəstəkləyənlərin qarşısını həmrəyliklə almaq mümkündür.
M.Əraki qeyd edib ki, “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda Tehranda keçirilən konfrans böyük əhəmiyyətə malikdir. Konfransın mahiyyəti İslam dünyasını həmrəyliyə dəvət etməkdən ibarətdir. İran ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı onu deməyə əsas verir ki, hər iki dövlət bu həmrəyliyə artıq nail olublar. İran və Azərbaycan Prezidentlərinin siyasi iradəsi sayəsində dövlətlərlə yanaşı xalqlar arasında da yaxın əlaqələr qurulub ki bu da iki ölkənin həmrəyliyini təcəssüm etdirir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info