Millət vəkili: “Bu siyasət regionlarımızın yüksək inkişafını təmin edəcək”
Tarix: 07.08.2017 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


“Prezident İlham Əliyevin şimal-qərb bölgəsinə səfəri bir daha göstərdi ki, regionların inkişafı hər zaman dövlət başçısının diqqətindədir”. Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat vurğulayıb ki, dövlət başçısı barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qaxda keçirilən respublika müşavirəsində də bildirdi ki, 2004-cü ildən indiyə qədər bölgələrdə müşahidə edilən inkişaf tarixi nailiyyətdir: “Azərbaycanda heç vaxt qısa zaman ərzində bu qədər iş görülməyib. Xüsusilə infrastruktur layihələrinin reallaşdırılması, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər hər zaman dövlət başçısının diqqət mərkəzində olub və həmin siyasətin sayəsində ölkəmizdə son 6 ay ərzində iqtisadiyyatda 1,7 faiz artım qeydə alınıb, qeyri-neft sektorunda 4,4 faiz, kənd təsərrüfatı sahəsində 2 faiz artım mövcuddur. Ən mühüm məsələlərdən biri heç şübhəsiz ki, ixrac potensialımızın genişləndirilməsi, idxaldan asılılığın azaldılması ilə bağlıdır. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində ölkəmizin ixracatında son 6 ay ərzində 36 faizlik artım qeydə alınıb və xüsusilə qeyri-neft ixracatında 27 faiz artım var, idxaldan asılılıq isə 15 faiz azalıb”.
E.Nəsirovun sözlərinə görə, sadalanan rəqəmlər bir daha onu göstərir ki, yürüdülən siyasət düşünülmüş, məqsədyönlü siyasətdir və bu siyasət regionlarımızın yüksək inkişafını təmin edəcək: “Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində bu gün Azərbaycanın regionlarında yol infrastrukturu yenilənib, su, qaz və elektrik enerjisi təminatı xeyli yaxşılaşdırılıb. Bütün bunlar təbii ki, regionların inkişafına olan diqqətin birbaşa ifadəsidir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info