Babək rayonunda yeni üzümçülük təsərrüfatı yaradılıb
Tarix: 07.08.2017 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının təbii-iqlim şəraiti üzümçülüyün inkişaf
etdirilərək istehsalının artırılmasına, əhalinin müxtəlif çeşidli və yüksək keyfiyyətli süfrə üzümünə, şərabçılıq və digər emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Hazırda iqtisadi səmərəlilik baxımından gəlirli sahələrdən olan üzümçülüyün inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Ölkəmizdə və muxtar respublikada qəbul edilən dövlət proqramlarına uyğun olaraq həyata keçirilən tədbirlər yeni üzümçülük təsərrüfatlarının yaradılmasına və üzümçülüklə məşğul olan sahibkarların sayının artmasına səbəb olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək rayonunun Nehrəm kəndində yaradılan üzümçülük təsərrüfatına baxıb.
Məlumat verilib ki, üzümçülük təsərrüfatının yaradılmasına 2015-ci ildə başlanıb. Ərazidə yerli sortlarla yanaşı, İtaliya, Fransa, Türkiyə və Özbəkistan mənşəli 10 məhsuldar üzüm sortu əkilib. 150 hektar ərazidə ümumilikdə 326 mindən artıq üzüm tingi əkilib, ərazinin torpaq-iqlim şəraiti nəzərə alınmaqla lazımi aqrotexniki tədbirlər həyata keçirilib. İstehsal prosesində innovativ texnologiyalar tətbiq olunur.
Becərmə və yığım işlərini aparmaq üçün xüsusi texnikalar alınıb, ərazidə inzibati və yardımçı binalar, nasos stansiyası tikilib, 50 kilometrdən artıq damcılı suvarma şəbəkəsi qurulub. Gələcəkdə ərazidə soyuducu anbarın inşa olunması da nəzərdə tutulub. Bütün bunlar isə daxili bazarın tələbatını ödəyən və yüksək ixrac potensialına malik keyfiyyətli məhsul istehsalına imkan verəcəkdir.
Təsərrüfatın ərazisində üzümlə yanaşı, digər meyvələrin əkininə də diqqət yetirilir. Hazırda 25 hektar sahədə 50 mindən artıq məhsuldar alma tingləri əkilib. Nehrəm Üzümçülük Təsərrüfatında 140 kənd sakini işlə təmin olunub.
Ali Məclisin Sədri kənd təsərrüfatının inkişafında rentabelli işləyən təsərrüfatların yaradılmasının əhəmiyyətini vurğulayıb, üzümçülük təsərrüfatının yaradılmasında əməyi olanlara təşəkkür edib, müvafiq tapşırıq və tövsiyələrini verib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info