20 Yanvar əlilləri ilə görüş keçirilib
Tarix: 07.08.2017 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Avqustun 5-də “Müvəkkil” Hüquq Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili” layihəsi çərçivəsində “20 Yanvar” İctimai Birliyində 20 Yanvar əlilləri ilə hüquqi-maarifləndirici görüş keçirilib.
Görüşü giriş sözü ilə açan Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov çıxış edərək bildirmişdir ki, həyata keçirilən layihənin məqsədi müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili edilməsi ilə onların maariflənməsinə xidmət etməkdir. Təşkilat rəhbəri bildirib ki, layihə dövründə xeyli həssas sosial qruplar üçün hüquqi yardım təşkil edilib və bu insanlar arasında 20 Yanvar əlilləri də var.
“20 Yanvar” İctimai Birliyinin sədr müavini Mustafa Əliyev də çıxış edərək, 20 Yanvar əlillərinin əsas problemləri və bu problemlərin qanunvericilikdə aradan qaldırılası ilə bağlı fikirlərini bildirmişdir.
Daha sonra Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov və təşkilatın hüquqşünası Mobil Vəkiloğlu 20 Yanvar əlillərinə verilən əlavə hüquq və imtiyazlar haqqında geniş məlumat verdilər.
Görüş diskussiya və sual-cavab formatında davam etdirilib. Görüşdə səslənən bəzi fikirlərlə bağlı təkliflərin hazırlanaraq müvafiq qurumlara təqdim olunması qərara alınıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info