“Yerində tarix” adlı ekotur iştirakçıları Hacıkənddə
Tarix: 07.08.2017 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


“Yerində tarix” adlı ekotur iştirakçıları Gəncənin Hacıkənd qəsəbəsinə səfər ediblər. Layihə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə gerçəkləşib.
AZƏRTAC xəbər verir ki, ekoturda iştirak edən 140 nəfərə yaxın fəal gənc qəsəbədəki tarixi abidələrlə yaxından tanış olublar.
Ekoturun keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onların ekoloji bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin Gəncənin qədim tarixini özündə əks etdirən maddi-mədəniyyət abidələri ilə yaxından tanışlıqdır. Ekotur iştirakçıları Gəncənin Hacıkənd qəsəbəsində yerləşən XIX əsrin yadigarı olan 4 tarixi abidə - Qubernator evi, Qubernator dəftərxanası, Forer qardaşlarının evi və rus provaslav kilsəsi ilə yaxından tanış olublar.
Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev ekotur iştirakçılarına məlumat verib ki, şəhərin 19 kilometrliyində yerləşən, saf iqlimi, bulaq suları, zəngin meşələri ilə bütün Qafqazda şöhrət qazanmış Hacıkənd gəncəlilərin əsas yaylaq yerlərindəndir. Göygöl-Hacıkənd bölgəsinin səfalı təbiətinə bələd olanlar bu yerlərə böyük həvəslə gəlirlər. Hazırda Hacıkənd qəsəbəsinin abadlaşması, tarixi binalarının bərpası istiqamətində mühüm işlər həyata keçirilir. Ərazidə yeni park salınır, turizmin inkişafı məqsədi ilə otel kompleksi inşa olunur.
Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə ekotur iştirakçılarına Hacıkənd qəsəbəsinin tarixi-coğrafi şəraiti, iqlim və relyef xüsusiyyətləri, eləcə də ərazinin tarixi və burada yerləşən abidələr haqqında ətraflı məlumat verib.
Universitetin rektoru, professor Yusif Yusibov ekotur iştirakçılarını rəhbəri olduğu ali təhsil ocağının tarixi, maddi texniki bazası, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığı, mübadilə proqramları haqqında məlumatlandırıb və tələbələrin suallarını cavablandırıb.
Tarixi məkanlarla tanışlıqdan sonra ekotur iştirakçıları üçün açıq havada mədəni-kütləvi idman proqramları və müxtəlif oyunlar təşkil olunub. Gənclər üçün motivasiya xarakterli təlimlər keçirilib.
Ekotur iştirakçısı olan gənclər vurğulayıblar ki, tarixi abidələrlə tanışlıq onların Gəncə ilə bağlı biliklərini daha da zənginləşdirib. Təşkilatçılara təşəkkürlərini bildirən gənclər ekoturun onlar üçün faydalı olduğunu və ali təhsil ocaqları arasında sıx əlaqələrin qurulmasına xidmət etdiyini bildiriblər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info