Vergilər Nazirliyi müğənnilərə xəbərdarlıq etdi
Tarix: 07.08.2017 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyi müğənniliklə məşğul olan vergi ödəyicilərinə müraciət edib.
 
Nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.
 
Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərin ödənilməsi, gəlir və xərclərin uçotunun aparılması, vergi hesabatlarının təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilib. Müraciətdə bildirilib ki, vergi öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməyən, o cümlədən vergini hesabatda göstərilməli məbləğə nisbətən azaldan və büdcəyə çatası vergi məbləğini hesabat təqdim etməməklə vergidən yayınan şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş maliyyə sanksiyaları və digər məsuliyyət tədbirləri tətbiq edilir.
 
“Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanı məhkəməyə müraciət etmək hüququna malikdir. Digər tərəfdən, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən isə xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınma cinayət əməli hesab olunur.
Xatırladırıq ki, təqdim etdiyiniz bəyannamələrdə gəlirləriniz barədə müvafiq məlumatları düzgün əks etdirmədiyiniz halda, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlardan istifadə edilməklə müəyyənləşdirilmiş faktiki gəlir məbləğləri təqdim olunmuş bəyannamələrin göstəriciləri ilə üzləşdiriləcək və vergidən yayındırılmış məbləğlər kameral hesablama aparılmaqla şəxsi vərəqənizə bərpa olunacaqdır. Odur ki, fəaliyyətinizlə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamağınız üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməklə vergi öhdəliklərinizi vaxtında və tam şəkildə yerinə yetirməyiniz Sizə tövsiyə olunur!
Əlavə məlumat almaq üçün qeydiyyatda olduğunuz vergi orqanına və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz”, - deyə müraciətdə vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Bu il Azərbaycanda istifadəyə verilən obyektlərin siyahısı
21.07.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 106 milyon dolları ötüb
20.07.2019
Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı
20.07.2019
KOBİA sahibkarların maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir
20.07.2019
Dövlət Gömrük Komitəsinin məlumatı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info